Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalaktikamızda Yerə oxşar planet

Amerikalı alimlər ilk dəfə qalaktikamızda Yer ölçüsündə planet aşkarlayıb. Onlar bəyan edib ki, həmin göy cismində potensial bioloji həyat ola bilər.

Alimlər bu planetə 2009-cu ilin martında orbitə buraxılmış “Kepler” adlı teleskopun, “Planetlərin ovçusu”nun yardımı ilə “baxıblar”.

Yeni planetə şərti olaraq, kosmik qurğunun adı verilib – “Kepler-186f”.

“Onun aşkarlanması Yerdəki kimi həyatın olduğunu axtarmaq üçün önəmli addımdır”-deyə, “NASA”-nın astrofizika idarəsinin rəisi Pol Gerts bildirib.

O, deyib ki, yeni ekzoplanet yaşama zonasında, daha doğrusu üzü mülayimə temperatura doğrudur. Bu vəziyyətdə su maye halında olur. Həmin zonada əvvəllər aşkarlanan başqa planetlər Yerdən azı 40 faiz böyükdür.

“Kepler-186f” 500 işıq ili məsafəsində yerləşir. O, 130 günə bir dövrə edir. Kütləsi hələ müəyyənləşməyib.

“Onun yaşayış zonasında olması hələ orada həyatın olması demək deyil”-deyə, Eyms adına kosmik mərkəzin mütəxəssisi Tomas Barkli qeyd edib. Onun sözlərinə görə, “Kepler-186f” Yerə çox oxşayır, yaxın vaxtlarda “onu Yerin əkizi deyil, əmisi oğlu” sayacaqlar.


Tarix: 26.11.2014 / 14:31 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Melumatlar
loading...