Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstəsəniz də görə bilməyəcəyiniz 10 yer

Bir gün imkan çıxarsa, dünyada görmədiyim yer buraxmaq istəmirəm deyərək, gəzmək istəsəniz, hər yerə gedə bilərsəniz. Amma elə yerlər var ki, ora istəsəniz də gedə bilməzsiz. Bunlardan 10-una elə burda baxa bilərsiz.


1. Mezgorye – Mezgorye Rusiyada olan bir qəsəbədir. Bu qəsəbədəki insanların Yamanta dağında gizli işlər etdiyinə inanılır. Çünki çöldən heç kim bu qəsəbəyə girə bilmir. Qəsəbənin qədim bir keçmişi də yoxdur, 1979-cu ildə qurulmuşdu. Yamanta dağı 1,640 metr yüksəkliyi ilə Ural dağlarının ən yüksək dağıdır və bu bölgədə haradasa Amerika tərəfindən dəstəklənən bir nüvə tezisi olduğu təxmin edilir. Amerikalılara bu qəsəbənin nə məqsədlə istifadə edildiyi soruşulduğunda, Amerikan səlahiyyətliləri, bu bölgənin bir çox fərqli məqsədlə istifadə olunduğunu söyləmişlər: Rus xəzinələrinin saxlandığı bir anbar, yemək anbarı və nüvələr bir təhdid altında qalarsa, liderlərin saxlana biləcəyi bir sığınacaq.


2. Vatikanın Gizli Arxivləri – Vatikanda olan arxivlərə baxmağınız qadağandır. Amma Vatikanda olan hər sənədi görmə azadlığına sahipsinizdir. Əgər hər hansı bir sənədi görmək istəyirsinizsə, bu istəyinizi yazılı olaraq onlara göndərərirsiniz. Təkcə əldə edə bilmədiyiniz sənədlər 75 yaşında yaşlı sənədlərdir. Çünki onlar diplomatik olaraq qadağalı sənədlərdi.Amma arxiv qisiminə nə olursa olsun girməyiniz mümkünsüzdü.


3. Club 33 – Düşünülənin əksinə Disneylandda içki sənədi olan bir çox restoran var. Ancaq normal günlərdə içki xidməti edilmir. Bu yerlər, içki sənədlərini yalnız “özəl parti” üçün istifadə edirlər. Club 33-də bu yerlərdən biridir. Club 33-ə girmək də elə asan deyil. Əvvəlcə oraya üzv olmanız lazımdır. Üzv olmayan biri bu Club-a girə bilmir. Üzvlük ödənişi də 30.000 $-dı. Deyək ki, pulu bir yolla həll etdiniz, amma indi də qarşınıza üzv olmaq üçün 14 illik bir gözləmə növbəsi çıxır. Di bacarırsan bunun da öhdəsindən gəl.


4. Moskva – Metro 2 – Moskvada olan Metro 2 stansiyasının Stalin zamanında inşa edildiyi deyilir. Jurnalistlərin bildirdiyinə görə Metro 2 stansiyasının varlığı Gizli xidmət və Metro rəhbərliyi tərəfindən nə təsdiq, nə də rədd edilmiş. Söz-söhbətlərə görə Metro 2 stansiyası, xalqın gündəlik istifadəsindən metro xəttindən çox daha uzaqda imiş. Metro 2-nin varlığının belə sübut olunmaması oranı ziyarət etməyi daha da çətinləşdirir.


5. WHITE’S Gentlemen’S Club – Whites’S İngiltərənin ən imtiyazlı Klubudur. 1693-ci ildə İtalyan Francesco Bianco (Francis White) tərəfindən o zamanlar yeni tapılmış olan isti şokoladı satmaq üçün qurulmuşdu. Çox qısa müddətdə də çox tipik ancaq çox xüsusi bir klub halına gəlmişdir. Bu klubda insanlar dəyişik şeylər üzərinə bəhsə girirlər. Məsələn? yağmur damlasının əvvəl hansı şüşəyə vurulacağı haqqında bəhslər açılır. Bu klubun siyahısında əvvəlcə qətiyyətlə qadınların olmaması əsas və cəlbedici özəllikdir. Kişilərə gəlincə, bura üzv olmaq üçün oraya üzv olan və ən az 2 adam tərəfindən də zamin göstərilən bir adamın sizi oraya dəvət etməsi vacibdir. Onun xaricində əgər çox çox soylu zəngin bir ailədən gəlmirsənsə, bu kluba girmə şansın yoxdur.

6. Region – 51. Region, Amerikanın Nevada bölgəsində olan bir hərbi yüksəklikdir. Bölgə silah və təyyarələrdə edilən testlər üçün istifadə edilir. Bu bölgəyə giriş tamamilə qadağandır. Deyilənlərə görə 51-ci bölgədə ayrıca UFO-larla əlaqədar araşdırmalar da edilirmiş.


7. 39-cu Şöbə – 39-cu Şöbə Şimali Koreyanın ən gizli quruluşlarından biridir. Şimali Koreyanın qurucusu olan Kim Il-Sungun ölümündən sonra hakimiyyətə keçən oğlunun və ailəsinin pullarını nəzarət etmək üçün qurulmuş bir şöbədir. Deyilənlərə görə burda İsveçrədən pul transerferləri və saxtakarlıq edilirmiş. Digər iddalara görə də burdan bütün dünyaya narkotik qaçaqçılığının əsası da qoyulurdu. Şimali Koreya bütün bu iddiaları rədd etsə də nədənsə bu şöbəyə giriş qəti qadağandır.


8. Ise Grand məbədləri – Ise Grand məbədləri Yaponiyanın ən müqəddəs məbədi. Bu məbədin içində təxminən 100 məbəd var. Bu məbədlər “Amaterasu” yəni “günəş tanrısına həsr olunmuş “adlanır. Burda olan məbəd hər 20 ildən bir yıxılıb təkrar inşa edilir. Çünki bu şəkildə ölüm və yenidən doğuş dövrü tamamlanmış olur. Bu məbədlərin bir sonrakı dağıdılıb inşası 2013-ci ildə keçiriləcək. Məbədlərə yalnız Yapon imperatorluq ailəsinə mənsub rahiblər və rahibələr girə bilir. Yəni əgər Yapon şahzadəsi ya da şahzadəsi deyilsinizsə bu məbədlərə daxil olmanız qətiyyən mümkün olmayacaq.


9. RAF MENWITH Təpəsi – Bu bölgə İngilis ordusuna aiddir. Dünyanın ən böyük elektron izləmə nəzarət stansiyasıdır. Bu stansiyada Amerikaya aid də bir çox peyk var. Təpə, soyuq döyüş əsnasında Sovetlər Birliyini izləmək üçün qurulmuşdu. İndi də terorist hücumlarını izləmək üçün istifadə edilir və bura qətiliklə çöldən bir adamın girməsi qadağandır.



10. Weather dağı – Fövqəladə Vəziyyətlər Əməliyyat Mərkəzi – Bu siyahıda xalqa açıq olan tək yer olsa da amma qətiliklə kimsənin də girmək istəməyəcəyi bir yerdi. Bura dünyada hər hansı bir fəlakət olarsa sığınabilinəcək son yerdir. Yəni, “son ümid nöqtəsi”. 1950-ci illərdə soyuq müharibə əsnasında inşa edilən bu yer, hələ də etibarlılığını qoruyur.


Tarix: 10.12.2014 / 18:27 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Maraqlı Melumatlar
loading...