Qəhvə ilə yanaşı kofein çayın, enerjiverici sərinləşdiricilərin və şokoladın tərkibində var.
Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.
Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.
Psixologiya üzrə elmi əsər üzərində işləyən Simon Jones deyir ki, bu, hallyusinasiya ilə bağlı faktorların araşdırılması istiqamətində ilk işdir.
Stresslə üz-üzə
O bildirir ki, əvvəl önə sürülən uşaqlıq travması kimi faktorlar da hallyusinasiya ilə bağlı ola bilər. Stresli olanda orqanizm bədənə kortisol adlanan hormon buraxır. Bir neçə fincan qəhvə içəndən sonra isə bu proses sürətlənir. Onun fikrincə, məhz buna görə də, kofein ilə əhval-ruhiyyə arasındakı bağlılıq öyrənilməlidir.
Qəhvədən başqa çay, şokolad və enerjiverici sərinləşdiricilərin də tərkibində kofein var.
Hamiləliklə bağlı problemlər
Bəlli olan hallar arasında qarabasma, səslərin eşidilməsi və ölülərin otaqdakı mövcudiyyətini hiss etmək də var. Buna baxmayaraq, cənab James əlavə edib ki, bu bağlılığı dəqiqləşdirmək üçün əlavə araşdırma işinə ehtiyac var. O bunu bildirib: " Stresli adamlar daha çox kofein qəbul edirlər."
İndi tədqiqatçılar hallyusinasiya ilə bağlı ola biləcək pəhrizin şəkər kimi aspektlərini öyrənməkdədirlər. Britaniya Qəhvə Assosiasiyasından Dr Euan Paul vurğulayıb ki, araşdırma işinə yalnız yüksək həcmdə kofein qəbul edənlər cəlb ediliblər. O deyib ki, hallyusinasiyaya gətirə biləcək başqa qida məhsulları öyrənilməyib.
" Qəhvə, kofein və səhhət məsələlərini öyrənən minlərlə araşdırma işi göstərir ki, gün ərzində 400-500mg kofein qəbul etmək təhlükəsizdir və bunun müəyyən xeyri də ola bilər."
Son vaxtlar aparılan araşdırma işləri böyük həcmdə kofein qəbulunun aborta gətirən bağlılığın olduğunu göstərib. Digər araşdırma işləri isə kofeinin dəri xərçəngi ilə mübarizədə kömək edə biləcəyini, ya da ki, şəkər xəstələri üçün problemlərin yarana biləcəyini göstərib.
Tarix: 26.11.2014 / 12:46 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı Melumatlar