Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alov haqqında 3 maraqlı fakt

1. Alov — kimyəvi reaksiyanın nəticəsidir.

Bu reaksiya son dərəcə sürətlə gedir və işıq və istinin ayrılması ilə müşahidə olunur. Bu reaksiyanı bir neçə üsulla həyata keçirmək olar, ancaq ən asan və adət etdiyimiz üsul yanacaqdan istifadədir. Yanacaq oksigenlə qarışır və nəticədə yanma prosesi başlayır. Amma bunun üçün yanacaq müəyyən temperatura çatmalıdır. Necə ki, kağızı yandırmaq üçün əvvəlcə ona kibriti yaxınlaşdırmaq lazımdı. Kağız yetərincə isindikdə reaksiya başlayır və kağız yanır.

Lakin hər tip yanacağın öz yanma temperaturu var. Məsələn, ağaca aid kibrit bəs etmir, çünki bu halda oksigen onun çox az bir hissəsi ilə reaksiyaya girəcəkdir. Əgər bərabər ölçüdə onu isitməyə davam etsək, nəticədə bütün səth boyu oksigen reaksiyaya girəcək.

2. İsti su soyuq suya nisbətən alovu daha tez söndürür.

Bu qəribə görünə bilər, amma əslində bu halın adi məntiqi izahı var. Alovu söndürərkən yanan zonaya oksigenin daxil olmasının qarşısını almaq lazımdı və alovu suyla söndürəndə su buxarı əsas məqsədə xidmət edir. Yəni yanan predmetin soyudulması əsas məqsəd deyil. Əgər alovu soyuq suyla söndürsək, onda damcılar qaynama temperaturuna çatmadan alovdan yan qaçacaq və təbii olaraq zəif buxarlanma baş verəcək.

Qaynar suyunu isinməyinə ehtiyac olmayacaq, buxar da çox olacaq və alov daha tez sönəcək.

3. Şamın alovunda almazlar var.

Şam yanan zaman alovda hər saniyədə 1,5 mln almaz nanohissəcikləri yaranır. Düzü, onlar həmin anda yanır və karbon qazına çevrilir. Ola bilsin, gələcəkdə alovdan almaz istehsal olunması üçün üsul yaradılacaq, amma texnologiyanın inkişafının indiki səviyyəsi ilə bunun mümkün olması real görünmür.


Tarix: 26.11.2014 / 13:41 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Melumatlar
loading...