Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanuni oğrular və “oğru qanunları”

Qanuni oğru — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu.
Oğrular 1930-cu illərdə, ağır repressiya illərində meydana gəliblər. Bu dünyanın yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. Onların iddialarına görə, ağır siyasi ortamda və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Böyük Vətən müharibəsi illərində bəzi “qanuni oğrular” Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların “qanunpərəstlər” tərəfindən xəbərçi mənası verən “qancıq” adlandırılmasın səbəb olub. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin “qanuni oğrular” öz ənənələrini qoruyub saxlaya bilirlər.

Sonralar “oğru” olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri “yabanı” qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv Rusiyası məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha “rahat” dünya yaradırdı. Həmin “dünya” bu gün də “Qara zon” adlanır.

“Qara zon”lar “mujiklər”, brodyaqalar və “qanuni oğrular”dan ibarətdir.
El arasında işgüzar adama bu gün də “mujik” deyirlər. Bu yanaşma “zon”larda da eyni qaydada işlədilir. “Mujiklər” demək olar ki, “zon”un bütün ağırlığını çiyinlərində daşıyırlar. Onlar təkliflər verir, söhbətlərdə iştirak edir, hətta hökm belə verirlər. Amma “qanuni oğru”ların məsələyə qarışması ilə onların “vəzifəsi” və sözləri bitir.
qanuni oğrular“Brodyaqa”lar gələcəyin “oğruları” olmaq üçün çalışırlar. Hesab edirlər ki, “oğru” olmaq onların haqqıdır. Lakin bu bütün “brodyaqa”lara qismət olmur; bunun üçün gərək samballı və dillərə dastan həyat yolu keçəsən, bütün qayda-qanunlara əməl edəsən. Bunun ilk addımı cinayət törətməkdir. Bu cinayət həm də sanballı olmalıdır. Bundan əlavə, heç bir zaman sözün bütün mənalarında qulluq etməmək, partiyalılıq, təşkilat və başqa quruluşlarda olmamaq, ailə və övlad sahibi olmamaq, xarakter və xasiyyət baxımından şəxsiyyətə çevrilmək kimi ağır şərtlər mütləq yerinə yetirilməlidir. Onun üçün həyatı “oğru qanunları”ndan bütün ağır şərtlər altında bu “qanunları” diktə etməlidir.
“Oğrular” ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar “oğru” adına layiq olanları öz aralarına cəlb etmək, artıq özlərindən söz etdirmiş “brodyaqa”ları nəhəng “oğru” ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa, onlar “oğru” adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, “qanuni oğru” “oğru qanunlarına” xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, “krest” qoya bilərlər.

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllədən seçmələr:
Əvvəla, məhkum qəti şəkildə xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonradan “stukaç” ləqəbi ilə ömürlük damğalanmasına səbəb olacaq.
İkincisi, dustaq yoldaşların arasında dedi-qodu ilə məşğul olma, heç kimə şər atma. Bu çox böyük səhvdir.
Üçüncüsü, oğurluq etmə, xüsusən də dustaq yoldaşının ərzağını. Ya da ərzaq gizlətmə. “Srok”unun sonunacan “krısa” adlanacaqsan.
Dördüncüsü, fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırma, özünü “baklanlığa” qoymuş olarsan.
Beşincisi, cəza çəkdiyin inzibati binada çalış işləməyəsən. Xüsusən də “ment”lərin görəcəyi işləri görmə. Ömrün boyu “kozyol” damğası səni qarabaqara izləyəcək.
Altıncı, qumarda və digər pullu oyunlarda uduzdunsa çalış borclu qalmayasan. Əks halda hamı səni “fuflo” adlandıracaq.
Bundan başqa, çalış kiminləsə cinsi əlaqədə də olma, əks halda “pedor” ayaması səndən əksik olmayacaq. Ümumiyyətlə, “pedor”la heç vaxt kontakt yaratma, onlarla oturub-durma, onlara əl vermə, salamlaşma.
Qeyri-insani əməllərdən də çəkin, yoxsa məhkum yoldaşların səni “qad” deyə çağıracaqlar. Məhkumluqda şəxsi rifahın naminə məişət işləri ilə də məşğul olma, yoxsa sənə “şustryak”, “şnır” deyəcəklər.
Yuxarıdakı göstərdiklərimiz özünəməxsus məcəllədən nümunələr idi. Bu məqamları pozan şəxslər həm də ümumi “Qanun”a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Və bu hərəkət məhkumlar arasında oxucu da bağışlasın “fahişəlik” kimi qiymətləndirilir. “Fahişəlik” isə ölümlə belə cəzalandırıla bilər.


Tarix: 26.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Maraqlı Melumatlar
loading...