Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On qəribə sığorta hadisəsi

Əksər Qərb turistləri səyahətə çıxmamışdan əvvəl Travel İnsuranse adlı xüsusi sığorta alırlar. Bu cür sığorta səyahət zamanı dəymiş itkiləri bağlayır. Və bəzi sığorta halları marağa səbəb olur.
1. Biskay körfəzinə səyahətə çıxan bir pensiyaçı heç də dəniz xəstəliyinə hazır olmamışdı. Qusma refleksindən azad olmaq istəyən bu qoca gözlənilmədən özünün qoyma dişlərini itirmişdir. Sığorta şirkəti onun yeni dişlərinin pulunu ödəmişdir.
2. Uels meşələrinə turist gəzintisinə yollanan ailə cütlüyünün bəxti gətirməmişdir. Onların açıq sahədə quraşdırılmış çadırına yaxınlıqda yerləşən aviabazadan desant düşmüşdür. Çadır tamamilə məhv olmuş, lakin sığorta şirkəti dəymiş zərəri ödəməkdən imtina etmiş və bildirmişdir ki, bu sığorta bədbəxt hadisələrin qiymətini ödəmir.

3. Təsəvvür edin ki, siz dağ xizəkçilik kurortuna gedirsiniz. Özünüzə yeni xizək alırsınız və göstərilən yerə gəlirsiniz, lakin orada qar yoxdur. Məhz bu hadisə bir nəfərlə baş vermişdir. O, özünün yeni xizəyinə verdiyi pulun tam ödənilməsini tələb etsə də, sığorta firması bundan imtina etmişdir.
4. Britaniyalı cütlük ekzotik ölkələrdən birində okean sahilindəki çimərlikdə evlənmək qərarına gəlmişdir. Lakin tonqaldan çıxan qığılcım gəlinin ağappaq gəlinlik paltarına düşmüş və bir neçə saniyədən sonra o alovla əhatə olunmuşdur. Nişanlısı ildırım sürəti ilə öz gəlinini qucaqlayaraq okeana atmışdır. Onlar vətənə qayıtdıqdan sonra gəlinlik paltarının tam qiymətini ala bilmişlər, çünki onlar əvvəlcədən gənclər üçün xüsusi sığorta almışdılar.

5. Digər məhəbbət cütlüyü Parisə getmiş və orada sözün birbaşa mənasında bitxanaya düşmüşlər. İki gün bu sevgi cütlüyünü hər cür qansoran həşəratlar sancmış və onlar öz paltarlarını yandıraraq vətənə qayıtmaq qərarına gəlmişlər. Lakin yeni qarderob üçün onların sığorta şirkətinə şikayəti nəticəsiz qalmışdır. Dəymiş zərərin qaytarılmasından imtina edilmişdir.
6. Drekt Layn şirkəti Mavritaniyadan qayıdan turistlərdən məlumat almışdır. Onların baqajında itki aşkar edilmişdir. İki kokos oğurlanmışdır. Bu tropik meyvənin supermarketdə ədədinin birinin qiymətinin bir dollardan yuxarı olduğunu nəzərə alaraq, turistlər görünür ki, prinsipə getmişlər. Lakin turist agentləri daha ağıllı tərpənmişlər. Onlar "sığorta alan adamın özü ilk 50 dollarlıq zərəri özü bağlayır" kiçik şriftlə sözləri yazılmış müqavilənin surətini turistlərə göndərmişlər.

7. Uşaqlarla istirahət etmək istirahətdirmi? Uşaqlar həmişə enerji ilə dolu olur və onların başına olduqca orijinal ideyalar gəlir. Məsələn, atanın videokamerasını nə üçün quma basdırmasınlar və sonra çıxarmasınlar? Bundan sonra onun işləyib-işləməyəcəyi onları maraqlandırmır. Kornueldən olan ailənin bu işdə bəxti gətirmişdir. Görünür, sığortaçıların da uşaqları var imiş və onlar 1200 dollar qiyməti olan yeni kamera üçün qəbz yazmışlar.
8. Yenə də səyahət gəmisinə qayıdaq. Kəskin küləyin təsirindən gəmidəki qocalardan birinin parikini sürətlə əsən külək aparmışdır. Süni saçlar akulalara qismət olmuş, sığorta şirkəti isə dəymiş zərəri kompensasiya etimişdir.

9. Britaniyalı bir nəfər yunanıstanlı qadına elə diqqətlə baxmışdır ki, o dirəyə necə dəydiyindən xəbəri olmamışdır və sınmış burunla qospitala getmiş və öz hesabını sığorta kampaniyasına göndərmişdir.
10. Bir meymun turistlərdən birinin fotoaparatını götürərək qaçmışdır. Gənc turist bu hadisədən o qədər qəzəblənmişdir ki, o təkcə kameranın deyil, həm də korlanmış səyahətin pulunu tələb etmişdir. Fotoaparata görə o pul alsa da, səyahətə görə insan hüquqları uğrunda mübarizə aparanlara müraciət etməyi məsləhət görmüşlər.


Tarix: 26.11.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Maraqlı Melumatlar
loading...