Dəfnə yarpağından bir çox xəstəlikləri müalicə etmək üçün istifadə edilir, dəfnə yarpağı bir çox dərdlərin dərmanıdır. Dəfnə yarpağı sidik qovucu, ağrı kəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olmaqla yanaşı kosmetik vasitə kimi də istifadə edilir.
Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən müəyyən şampunlar hazırlanır ki, bu da saç tökülməsinin qarşısını alır, saçın diblərini gücləndirir, onları yumşaldaraq parlaqlıq verir və kəpəyin qarşısını alır. Dəfnə yarpağından hazırlanan sabundan dərinin gözəlliyi üçün də istifadə edilir. O quru dəriyənəmlik verir.
Göbələk və dəri xəstəlikləri zamanı da bu bitkidən istifadə edilir. Bundan başqa dəfnə yarpağındanalergiyaya meyilli şəxslərin və hamilə qadınların istifadə etməsi tövsiyə edilmir. Dəfnə yarpağının başqa zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdır.
Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyənin ərazisində yetişdirilir
Tarix: 10.12.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqlı Melumatlar