Bir çox həmvətənlərimiz məzuniyyətə xarici ölkələrə istirahət etməyə gedirlər. Onları müxtəlif ölkələrdə bir sıra sürprizlər gözləyir. Əgər sizin dil məhdudiyyətiniz varsa və siz bunu jestlərlə ört- basdır etmək istəyirsinzsə, ehtiyyatlı olun. Nəzərə alın ki, müxtəlif jestlər müxtəlif ölkələrdə müxtəlif məna daşıyırlar.
Yuxarıya qaldırılımış baş barmaq
Latin Amerikası və Qərbi Afrıkanın bir sıra hissələrində, həmçinin İranda, Sardiniyada bu jest mənfi məna daşıyır. «Əla» sözü əvəzinə jest təhqir kimi başa düşülür.
Bizdə balaca uşaqlar bir birilərini qıcıqlandırmaq istədiklərində dil çıxartdıqları kimi, qeyd etdiyimiz ölkələrdə bu jesti göstərirlər.
“OK” işarəsi
Biz bu işarəni “hər şey qaydasındadır” kimi başa düşməyə öyrəşmişik. Lakin Yaxın Şərqdə bu işarəni hədə- qorxu kimi, Türkiyə və Almaniyada isə homoseksuallıq işarəsi kimi qəbul edirlər.
Sülh işarəsi
Əgər siz İngiltərə və yaxud Avstraliyada bu işarəni göstərirsinizsə, çalışın ki, əliniz aşağıya doğru olsun. Əks halda siz qarşınızdakını təhqir etmiş olacaqsınız.
Ovuc
Bir çox ölkələrdə ovuc işarəsi salamlaşmaq kimi, lakin Yunanıstanda isə bu jest təhqir kimi başa düşülür. Bu adət Vizantiya Imperiyasının dövründən gəlir. O dövrdə cinayətkarları cəzalandırmaq üçün onların üzlərinə palçıq, nəciz, kül yaxırdılar. Bugünkü gündə siz kiməsə ovuc göstərsəniz, o, bunu sizin onun üzünə palçıq yaxmağınız kimi başa düşəcək.
«Keçi»
“Keçi” ağır musiqinin rəmzinə çevrilib, lakin hər yerdə eyni cür qəbul edilmir. Qafqaz, İtaliya, İspaniya və Yunanıstanda bu jest ilə sizin həyat yoldaşınızın sizə xəyanət etdiyini bildirə bilərlər. Bu məşhur “buynuz qoymaq” ifadəsi ilə əlaqəlidir.
Tarix: 26.11.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqlı Melumatlar