Kaliforniyalı rəssam Kris Trumen 200 min ölü qarışqadan panno (kətan üzərində çəkilmiş böyük şəkil) hazırlayıb.
Trumen, əvvəlcə, öz gücünə lazımı qədər qarışqa tutmaq qərarına gəlib. Lakin bunun üçün bir neçə il keçəcəyini görən rəssam internetin köməyindən istifadə edib.
Belə ki, qarışqalar internetlə heyvan qidası kimi satılır. Trumen qarışqaları 40 min ədəd olmaqla, dəstə ilə alıb. Hər bir dəstənin qiyməti isə 500 dollar olub.
Nəticədə, rəssam qarışqalara cəmi 2500 dollar pul xərcləyib. O, maqqaşla ölü qarışqaları elə yerləşdirib ki, nəticədə, rəssamın uşaqlıq şəkli alınıb.
Rəsm əsərinə bir neç il vaxt sərf etdiyini söyləyən Trumen bəzən qarışqalara yazığı gəldiyini də qeyd edib. Buna görə o, hətta işlərinə bir il fasilə də verib. Lakin ölü qarışqaların heç vaxt dirilməyəcəyini fikirləşən Trumen əsərini sona çatdırıb.
Rəssam deyib ki, uşaqlıq dövründə qardaşı ilə birlikdə qarışqa yuvasını dağıtdıqları vaxt qarışqalar onları dişləyib. O, məhz bu yolla qarışqalardan qisasını alıb.
Trumen əsərini 35 min dollara satmağa nail olub.
Tarix: 26.11.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar