Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nasistlərin gizli tədqiqatları

III Reyx hələ tam taxtdan enməmiş, artıq bütün dünya nasist rəhbərlərinin gizli, sirli tədqiqatlarından danışırdı. Bu gizli tədqiqatlardan biri də alman millətinin qədim arilərlə hər hansı bir bağlılığın olması ilə əlaqədar axtarış işləri idi.

Bu qədim sivilizasiyanın adı ilə də Hitler alman xalqını adlandırmaq qərarına gəlmişdir. Bu haqda tədqiqatçılar lazımınca sübutlar əldə etmişlər.

Müasir etnoqraflar ümumilikdə qərbi avropalıların qədim arilərlə hər hansı bir bağlılığın olması haqda real sübutların olmadığını bildirirlər. Amma III Reyxin dövründə toplanmış çox dəyərli tapıntılar guya almanların bu qədim sivilizasiya ilə bir bağlılığının olmasını sübut edirmiş. Nasist rəhbərlər bunu tam sübuta yetirmək məqsədi ilə böyük bir alimlər qrupunu Himalaya göndərmişlər. O zamankı təyyarələrin istənilən nöqtəyə enə bilmədiyi üçün onlar xüsusi aerodromlara endirilirdi. Sonra isə lazımı yerlərdə tədqiqat işləri aparmaq üçün həftələrlə piyada yol getməli olurdular. Bu çətinliklər nasist tədqiqatçıları heç də qorxutmurdu.

Belə məlumatlar vardır ki, o zamanlar, tədqiqatçılar axtarış apardıqları ərazidə (indiki Butan dövlətinin ərazisində) monitorinqlər keçirən zaman qaya üzərində qeyri-adi qəbir aşkarlamışlar. 1942-ci ilin arxiv sənədlərinə əsasən, bu qəbirdə qeyri- adi bir məxluqa məxsus sümük qalıqları tapılmışdır. Bu sümük qalıqları öz morfologiyasına görə, insana və ya meymuna bənzər bədheybət bir məxluq olmuşdur. Bu bədheybət məxluqun sümüklərindən məlum olmuşdur ki, onun boyu insan boyundan çox hündür idi. Belə ki, qəbirdə tapılan baldır sümüyünün uzunluğu 1 metrdən artıq olmuşdur. Təsəvvür edirsinizmi? Tək baldır sümüyünün uzunluğu 1 metrdən çox olan məxluqun boyu nə qədər olar???

Nasistlər hətta Antarktida da sirli tədqiqat işləri aparmışlar və bu buzlu materikdə nasistlərin sirləri elə buz altında da qalmışdır. O vaxtdan indiyədək belə bir şaiyələr gəzir ki, III Reyxin hakimiyyətindən sonra da Antarktida buzları altında nasistlərin xüsusi təyinatlı bazaları fəaliyyət göstərirmiş…
Yəqin ki, orada fəaliyyət göstərənlər Reyxin süqutundan uzun müddət xəbərsiz olublar.


Tarix: 26.11.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Melumatlar
loading...