Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çin haqqında bilmədiklərimiz

Qədim mədəniyyət mərkəzlərindən olan Çin öz əzəməti və dövlətçilik ənənələri ilə tanınır. Ancaq nədənsə Çin dedikdə hamının ağlına “Böyük Çin səddi”, Bryus Li, Ceki Çan və keyfiyyətsiz mallar gəlir. Bu yazımızda isə biz sizə bu ölkə haqqında çox az adamın bildiyi məlumatları çatdıracağıq.

— Çinin paytaxtı Pekində hava o qədər çirklidir ki, bir gün ərzində acıq havada gəzmək, 21 ədəd siqaret çəkməyə bərabərdir. Çox vaxt hava dumanlı olduğu üçün insanlar maskadan istifadə etməli olurlar.

— Çində əhalinin təxminən 100 milyonu gündə 1 dollarla yaşayır.

— Çinlilər ildə 4 milyon pişik yeyirlər.

— Çinlilərin it əti ilə qidalandığı hərkəsə məlumdur. Lakin son illərdə digər insanlar kimi onlar da itləri ev heyvanı kimi bəsləməyə başlayıblar.

— Çinlilər hər il 45 milyard çubuq istifadə edərək yemək yeyirlər.

— Təxminən 30 milyon çinli ölkələrində mağarada yaşayır.

— Çində hər 30 saniyədə bir uşaq qüsurlu doğulur.

— Çində qanunla ailələrin ikinci uşaq sahibi olmasına icazə verilmədiyindən ildə 1 milyona yaxın uşaq küçəyə atılır.

— Ölkədə xristianların sayı artmaqdadır. Belə ki, hazırda Çində 54 milyon xristian yaşayır.

— İkinci Dünya Müharibəsində Yaponiya Çinə zəhərli birələr buraxıb.

— Çində “Play Station” oyun konsulunun istifadəsi qadağandır.

— Bu ölkədə polislər it əvəzinə qazdan istifadə edirlər. Belə ki, qazlar uzağı daha yaxşı aydın görə bildiyi üçün hadisələrə tez reaksiya verirlər.

— 2009-cu ilə qədər Çində orta məktəblərin ibtidai siniflərinə tütün firması sponsorluq edib.

— Müəyyən bir dövrdə qıdıqlama Çində işkəncə metodu olub. Buna səbəb bu işkəncənin bədəndə iz qoymaması olub.

— Dünya tarixində ən uzun tıxac məhz Çində baş verib. 12 gün davam edən tıxacın uzunluğu 99 km olub.

— Dünya əhalisinin hər 5 nəfərindən biri çinlidir.

— Çində bir ildə edam olunanların sayı dünyadakı ilə müqayisədə 4 dəfə çoxdur.

— Dəmir yolu işçilərinin yaxalıqlarının uc hissəsinə iynə sancılır. Bu şəkildə işçilər hər zaman başlarını dik tutmalı olurlar.

Mənbə: zamanazerbaycan

P.S Bu məlumatların nə qədəri düzgün, nə qədəri yanlışdır, ona deyə bilmərəm, amma maraqlı və Çindən gözlənəndir. ;)


Tarix: 26.11.2014 / 18:49 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Melumatlar
loading...