Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq əlləri bizə nə deyir?

Hamıda toppuş uşaq əlləri şirin və mərhəmət dolu hisslər yaradır. Ah, bu köklükdən qat-qat duran əllər! Amma sən demə uşaq əllərinə baxıb, çox şey demək olar. Sadəcə uşağınızın özünə və əllərinə diqqətlə baxsanız, inanın ki, uşağın xarakteri barədə çox şey öyrənərsiniz.
Yumşaq uşaq əlləri- sakit, sözəbaxan uşaqlarda olur. Belə uşaq tənbəlliyə meyillidir və həyatda dəqiq gün rejiminə və nizam-intizama tabe olur.
Bərk uşaq əlləri- güclü iradə və möhkəm xarakter vəd edir. Ancaq bu uşaqlarda eqoizim, şöhrətpərəstlik və özündən razı olmaq kimi xüsusiyyətlərin yaranma təhlükəsi böyükdür.
Adətən uşaqlar əlləri yumruq şəklində sıxaraq yatırlar. Əgər uşaq baş barmağını yumruqlarının arasında gizlədibsə, demək ətraf mühit bu uşağa soyuq və düşməncəsinə görünür. Körpəyə mehribançılıq, əzizləmə lazımdır. Çünki o, özünü təhlükədə hiss edir.
Əgər uşağın orta barmağı çox kökdürsə- körpə konflikləri sevmir, melanxolikdir. Onun açıq müsbət emosiyalara və təəssüratlara ehtiyacı var. Uşaq hamı tərəfindən sevildiyinə və qiymətləndirildiyinə tam əmin olmalıdır.
Körpənin baş barmağı qısadırsa- deməli o, ürkəkdir. Ətraf aləmdən qorxur. Belə uşaqda müstəqilliyi tərbiyə etmək lazımdır.
Baş barmaq çox uzun, balaca barmaq isə çox qısadırsa- uşağın əsəb sistemləri möhkəm deyil və depressiyalara meyillidir.
Orta barmağın dırnaqlarında ağ ləkələr- kədərin, ürəkdəki ağrıların əlamətidir. Bu uşaqların keçid dövründə xüsusilə təhlükəlidir. Bu zaman uşaqlar ağılsız addımlar atmağa qadirdilər. Diqqətli olun! Əgər ləkələr şaquli formada gedirsə, uşağın əsəb gərginliyi azalmır. Əgər ləkələr əyri formada keçərsə, bu yaxşıdır, deməli təhlükə azalmaqdadır.


Tarix: 25.11.2014 / 18:50 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqlı Melumatlar
loading...