Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oskar bəxtsizləri

Film tarixinə nəzər yetirdikdə görürsən ki, elə filmlər var ki, çox uğurlu olsalar da ən nüfuzlu film mükafatı sayılan "Oskar"ın hər hansı bir nominasiyasında layiq olduğu mükafatı ala bilməyib. Bu yazıda siz məhz belə filmlərdən bir neçəsini tanıya biləcəksiniz.

Şouşendən qaçış (The Shawshank Redemption) - Bu filmi Oskarın ən bəxtsiz nominantı adlandıra bilərik. 1994-cü ildə Oskara üç real namizəd var idi: "Forrest Qamp"(Forrest Gump), "Kriminal qiraət"(Pulp Fiction) və "Şouşendən qaçış". Amansız mübarizədə "Forrest Qamp" rəqiblərinə şans vermədi. Bununla belə hər üç film ayrı-ayrı illərdə nominant olsaydılar, mümkün bütün kateqoriyalar üzrə qalib ola bilərdilər.
Yaşıl mil (Green Mile) - Film bütün nominsaiyalarda qalib ola biləcək gücdə idi.Xüsusən rejissor işinə görə.
Mənim sağ ayağım (My left foot) - ən yaxşı bioqrafik filmlərdən biri. 1989-cu ildə bu film qalib gəlməli idi! Amma olmadı.
Ayılma (Awakening)- Robert De Nironun bəlkə də ən yaxşı rolu idi, amma həmin il o, laureat ola bilmədi.
Sıravi Rayanı xilas etmə (Saving Private Ryan) - Hər halda "Aşiq Şekspir" dən qat-qat güclü film idi.Saving Private Ryan
Pianoçu (The pianist) - 2000-ci ildə bu film ilin filmi olmalı idi, amma təəsüf ki, laureat Çikaqo filmi oldu.
Babil (Babel) - 2006-cı ildə film yeddi nominasiyadan yalnız "soundtrack"inə görə laureat oldu. Fikrimizcə həmin ilin filmi "Dönməzlər" güclü film idi, amma ən azı ən orginal ssenari üzrə film Oskara layiq idi.
Benjamin Battonun qeyri adi həyat (The Curious Case of Benjamin Button)- Film həmin il "Xarabalıqdan çıxan milyonçu"-ya rəqib olmasaydı sözsüz ki, üç deyil daha çox Oskar qazanardı. O cümlədən ilin filmi adına belə layiq görülə bilərdi.
Dalğaları yararkən (Breaking The Waves) - Emili Uotson ən yaxşı aktrisa nominasiyasında qalib gəlməli idi, amma Frensis Makdormant bunun qarşısını aldı .Breaking The Waves
Frida (Frida) - Salma Hayek Frida obrazında "ən yaxşı aktrisa titulunu" güclü rəqibinə - "Saatlar" filmindən Nikol Kidmana uduzdu. Bir başqa il sözsüz ki, Salma rəqib tanımayacaqdı.
Döyüş klubu (Fight Club) - Amerika fiaskosu! Film bir dənə də olsun Oskar qazanmadı. Əvəzində "Amerika sayağı gözəllik" filmi ilin ən yaxşı filmi oldu.Fight Club
Fil adam (Elephant man) - Con Hert yaratdığı obrazı ilə ən real namizəd idi, amma Robert De Niro öz vəhşi öküz obrazı ilə Hertin bu istəyini gözündə qoydu. Film səkkiz nominasiyadan heç birində laureat olmadı.
Nyu York bandaları (Gangs of New York) - Ən yaxşı ssenari, dizayn və qrim üzrə qalib gələ bilərdi.
Güləşçi (Wrestler) - Ən azı Miki Rurk ən yaxşı aktyor nominasiyasında Oskara layiq idi.Filmin ssenarisi belə sanki Mikinin həyatından bəhs edirdi.
Portağal mexanizmi (A Clockwork Orange) - Oskar mükafatının növbəti fiaskosu. Bu film ən yaxşı film, ən yaxşı aktyor, ən yaxşı rejissor, ən orjinal ssenari üzrə açıq aşkar favorit olsada heç birinin laureatı ola bilmədi. Taksist (Taxi Driver) - 1976-cı ildə Taksist filmi rəqibsiz idi. Amma Rokki qalib gəldi.
Təmiz düşüncənin əbədi parlaqlığı (Eternal Sunshine spottlessof the mind) - Keyt Uinslet Oskara ikinci dəfə ən real namizəd olsa da yenə də güclü rəqibə məğlub oldu. Bu dəfə Hilari Suonq artıq ikinci dəfə heykəlciyə sahib oldu.Eternal Sunshine spottlessof the mind
Tutsi (Tootsie) - Dastin Hoffman Tutsi obrazıyla Ben Kinqslinin yaratdığı Qandi obrazına rəqib idi. Amma son anda Ben Kinqsli bu nominasiyada da filmə Oskar qazandırdı.
Ölü yazarlar dərnəyi (Dead Poets Society)- Gözəl film olsa da fiasko ilə üzləşdi. Robin Uilyams belə Daniel De Luisə qalib gələ bilmədi.Dead Poets Society
Biutiful (Biutiful) - Ən yaxşı aktyor nominasiyasında Xavier Bardem daha güclü idi. Film ən orjinal ssenari üzrədə rəqibsiz idi. Amma bu dəfə də hər şey tərsinə oldu.


Tarix: 26.11.2014 / 10:57 Müəllif: Aziza Baxılıb: 169 Bölmə: Maraqlı Melumatlar
loading...