Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

alnız da xoşbəxt olmaq mümkündür

Yalnız və xoşbəxt olmaq son dərəcə azad bir haldır. Qadınlar.biz yalnız ikən də xoşbəxt olmağın yollarını təqdim edir.

Gözəl bir şey edin

Əgər yanınızda dost tapa bilmirsizsə, hər şeyi tək də edə bilərsiz. Sevdiyiniz bir musiqiçinin konsertinə gedə bilərsiz, ya dükanlarda endirim olan günlər təkbaşına istədiyiniz kimi alış-veriş edə bilərsiz.

Sizi xoşbəxt edən şeylərin siyahısını yazın

Son zamanlar etdiklərinizin bir siyahısını yazın. Başınıza gələn ən əyləncəli şeyləri, içində özünüzü möhtəşəm hiss etdiyiniz geyimləri, sizə deyilən ən gözəl iltifatları. Bunlar sizin necə yaxşı bir insan olduğunuzu hiss etdirəcək.

Mahnı oxuyun

Bəzən sizi kimsə izləməyəndə çox əylənə bilərsiz. Evdə pijamanızı geyinib ürəyiniz istədiyi qədər mahnı oxuyun. Ya da velosipedə minib şəhər turuna çıxın.

Bir nəfərlik kino seansı

Sevdiyiniz filmlər dostlarınızın xoşuna gəlmir? O zaman niyə təkbaşına getməyəsiz ki?

Həmişə öyrənmək istədikləriniz

Özünüzə zaman ayıraraq həmin vaxtı öyrənmək istədiklərinizə sərf edə bilərsiz.

İnsanlarla yenidən münasibət qurmağa çalışın

Sonsuzadək yalnız qalmayacaqsız təbii ki. Bir az dincəldikdən sonra yenidən sosiallaşıb dostlarınızla görüşə, əylənə bilərsiz.

Özünüzə yeni baxışla baxın

Saç kəsiminiz xoşunuza gəlirmi? Ayaqqabınız tərzinizə uyğundurmu? İnsanlar tez-tez dəyişən varlıqlardır. Siz də qorxmayın, dəyişməyə çalışın.


Tarix: 22.11.2014 / 22:39 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Melumatlar
loading...