Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhur brendlərin “mavi” sahibləri

Giorgio Armani, Dolce & Gabbana, Versace...
Onlar artıq həyatımızın bir hissəsinə çevriliblər...
Şəhərdə gəzərkən tez-tez rast gəldiyimiz bu brendlər nədir və ya kimlərdir?


Giorgio Armani

Bəzən erməniəsilli kimi təqdim olunan geyim dizayneri Armani 1934-cü ildə İtaliyanın Piacenza şəhərində doğulub.
İki il tibb üzrə təhsil alsa da, fotoqrafiya ilə məşğul olmaq üçün universiteti atıb. Bir müddət vitrin dizaynerliyi ilə məşğul olub.
Artıq 50 ilə yaxındır ki, geyim dizayneri kimi fəaliyyət göstərir. Armaninin çoxlu sayda layihələri var; o, indi təkcə kişi və qadınlar üçün geyimlər deyil, mebellər, xalçalar, kosmetika, ətirlər, mobil telefonlar hazırlayır.
Armani ilk dizaynerdir ki, modelləri üçün çəki norması tətbiq etmir. O, braziliyalı model Ana Karolina Reston "modellik xəstəliyi" kimi tanınan "çəki fobiyası"ndan arıqlayaraq dünyasını dəyişdikdən sonra bu qərarı verib. Həmçinin ilk dəfə canlı yayımlanan moda nümayişi Armaniyə məxsusdur.
O, Armani Exchange, Armani Jeans, Armani Junior, Emporio Armani, Armani Prive, Armani Casa kimi markaların sahibidir.
Bundan başqa, "Milan"ın ən böyük fanatlarındandır. Hətta bir neçə il əvvəl klubun sahibi olacağı ilə bağlı şaiyələr də yayılmışdı.
Armani biseksualdır.

Dolce & Gabbana

İki məşhur italyan dizayner Domeniko Dolçe və Stefano Gabbana 1985-ci ildə D&G moda evini yaradıblar.
Domeniko Dolçe 1958-cü ildə İtaliyanın Palermo şəhərində doğulub. Atası dərzi, anası isə alt-paltarları dükanının sahibi olub. Uşaq vaxtından atasının yanında dərzilik edib.
Stefano Gabbana Dolçedən beş yaş kiçikdir. Milanda doğulub və qrafik rəssamlığı oxuyub.
Milan atelyelərindən birində hər ikisi assistent olub. 1980-ci ildən birgə işləməyə başlayıblar.
D&G indiyədək bir çox ilkə imza atıb. Məsələn, 1990-cı ilin yaz-yay kolleksiyasında ilk dekolte paltarları nümayiş etdiriblər.
Bundan başqa, 1996-cı ilin yaz-yay kolleksiyasında kaftan-paltarları birinci dəfə təqdim ediblər. Hamının heyran qaldığı bu paltar isə belə olub: yerə dəyəcək dərəcə uzun, qolsuz və papaqlı (kapuşon), hər iki tərəfdən böyük kəsiklər və qara şərf...
Bu paltar vaxtı ilə o qədər bəyənilib ki, Avropa, Amerika, Avstraliyanın 650 geyim şirkətindən sifarişlər alıb.
Firma fantastik gəlirləri ilə də fərqlənir. Məsələn, 2005-ci ildə firmanın kapitalı 750 milyon avro olub.
Hər iki dizaynerin sevimli rəngi - qara, sevdiyi parça növü - qara məxmərdir.1985-ci ildən Dolçe və Gabbana birgə yaşayırlar - hər ikisi homoseksualdır.
Dolce Gabbana Calcio


Versace

Şirkətin yaradıcısı italyan dizayner Canni Versaçi (Gianni Versace) olub. 1997-ci ildə onun qətlindən sonra şirkət adını dəyişərək "Versace" edib.
Canni 1946-cı ildə İtaliyada doğulub və 50 yaşında Mayamidəki evinin qarşısında başından güllələnərək öldürülüb.
Cinsi orientasiyasını gizlətməyən Versaçe ölümünə qədər Antonio D'Ameniko ilə münasibətdə olub. Elton Con, Madonna, şahzadə Diana, Sting, Luçano Pavarotti, Karl Lagerfield kimi məşhurlarla yaxın dostluğu olub.
Anası dərzi olan Versaçe uşaqlığı belə xatırlayır: "Ətrafımda həmişə paltarlar, paltarlar, paltarlar olub". Anası Françeskonun sevimlisi isə Canni yox, ailənin ikinci uşağı Santo olub.
"Anamın sevimlisi olmamışam. Onun üçün ən çoxu qoluna taxdığı və tez-tez iynə batırdığı yastıqça idim", - deyib.
Versaçe qardaşı və bacısı uşaqlarına çox düşkün olmağı ilə də yadda qalıb. O, bacısı qızı Allegra Versaçeyə şirkətin 50%-ini vəsiyyət edib.
Vəsiyyətində həmçinin həyat yoldaşı Antonio D'Amenikonu da unutmayıb. O, D'Amenikoya şirkət büdcəsindən ayda 26 min dollar təqaüd verilməsini və ona aid istənilən evdə yaşamaq hüququ verib.
Ölümündən sonra şirkətin başçısı qardaşı Santo olub. Hazırda şirkətin vitse-prezidenti və dizayneri bacısı Donotella Versaçedir.


Tarix: 26.11.2014 / 11:18 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Maraqlı Melumatlar
loading...