Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar da məcburi hərbi xidmət keçəcək

Bu ilin oktyabr ayında Norveçdə kişi və qadınların hərbi xidmətin mütləq olmasını təsdiqləyən qanun layihəsi qüvvəyə minib. Norveç NATO təşkilatına üzv olan ilk ölkələrdəndir. Ölkə sosial rifah və gender bərabərliyi ilə məşhurdur. Bu səbəbdən irəli gələrək, Norveçdə kişilər kimi, qadınlar da hərbi xidmətdən keçir. Yerli qanunlara görə, şirkətin direktorlar şurasının 40 faizindən çoxu qadınlardan ibarət olmalıdır.

Hökumətin yarısı isə qadın nazirlərdən təşkil olunub. Yeni qanuna görə, 1997-ci ildən sonra dünyaya gələn qadınlar hərbi xidmətdən keçməyə borcludur. Qeyd edək ki, bu vaxta qədər hərbi xidmət könüllü xarakter daşıyırdı. Qadınlar Norveçin istənilən hərbi sahəsində xidmət edə bilər. Hazırda ölkədə qadınların minatutan gəmilərdə də xidmət etdiyini görmək olar. Məcburi hərbi xidmət 2016-cı ildən sonra tətbiq olunacaq. Qadınlar 44 yaşına kimi hərbi xidmətə çağırıla bilər. Xatırladaq ki, Norveçdə qadınlar könüllü hərbi xidmətə 1976-cı ildən etibarən qoşulub.


Tarix: 26.11.2014 / 19:08 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Melumatlar
loading...