"14-yaşlı Britaniya məktəblisi Rebekka Cavelyu (Rebecca Javeleau), Facebook-dan olan dostlarını öz doğum gününə dəvət etmək fikrinə düşür. 10-15 nəfər dəvət etmək istəyən bu gənc qız bunun nə ilə nəticələnəcəyini fikrinə belə gətirmirdi. Xırda bir diqqətsizlik nəticəsində 21 mindən çox insan onun ad günündə iştirak etmək istəyini bildirir.
Bu problemin səbəblərindən biri isə Rebekkanın dəvətdə öz ünvanını və telefonu göstərməsi oldu. Qızın anası, 40-yaşlı Treysi Layvsey (Tracey Livesey), artıq oktyabrın 7-nə təyin edilmiş əyləncə gecəsini ləğv edib. Amma minlərlə insanın qonaq gələcəyi təhlükəsi real olduğundan, Harpenden şəhərinin polisi qız yaşayan ərazidə patrullar yerləşdirdi.
Gələn zənglərin həddindən artıq olması qızın telefonunun Sim kartının dəyişməsinə səbəb oldu. Polisin Facebook-un administrasiyası ilə əlaqə yaratmaq istəyi bir nəticə vermədi.
Sonralar bu hadisə ilə əlaqədar Facebook-un administrasiyası qeyd etdi ki, eyni qrupdan olan Facebook istifadəçiləri bir-birini dəvət edərkən dostlarının bir qismini və ya hamısını seçmək imkanı var.
Beləliklə, əgər öz ad gününüzə Facebook dostlarınızı dəvət etmək istəyirsinizsə, ehtiyatlı olun, telefon nömrənizi və ya evin adresini yazmayın. E-meyldən istifadə etmək daha təhlükəsizdir.
Tarix: 22.11.2014 / 21:55 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Melumatlar