Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəpiklərin kənarları niyə hamar deyil?

Lidyalılar zamanında icad edilən pul, insan həyatına damğasını vuran ən əhəmiyyətli simvollardan biridir.Kağız icad edilənə qədər qızıl, gümüş və s. qiymətli metallardan hazırlanan pullardan geniş istifadə olunurdu.O dövrün saxtakarları bu pulları kənarlarından qazıyaraq, çox miqdarda olmasa da, müəyyən qədər qiymətli metal əldə edər və pulu yenidən istifadə edərdilər. Qədim pulların tam yumru olmamasının səbəbi də budur.
Pulların zədələndiyinin fərqinə varan tacirlər onu qəbul etmir və bütün pullar avam əhalinin əlində qalırdı.Bu problemi həll etmək üçün qəpiklərin kənarları tırtıllı edilməyə başlandı.Bu tırtıllar sayəsində, pulun kənarının qazındığı dərhal müəyyən olunurdu və kənarı qazınmış pulu heç kim qəbul etmirdi.
Bu adət, günümüzə qədər gəlib çatmışdır. Artıq tərkibində qiymətli metal olmamasına baxmayaraq, qəpiklərin kənarlarında ya tırtıl, ya da bir yazı vardır.


Tarix: 26.11.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar
loading...