Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lənətlənmiş çörək

Fransanın cənubunda yerləşən Pont Saint Esprit kəndində, 1951-ci il, avqustun 16-sı səhər tezdən çox qəribə hadisə baş verdi. Yuxudan ayılan kənd əhalisi 1-2 saat içində dəli olmağa başladı. İnsanlar polisə tez-tez əjdaha gördüklərini, həmin əjdahanın onlara hücüm çəkdiyini söyləyirdilər.
Həmin gün bir nəfər “mən təyyarəyəm” deyərək, özünü ikinci mərtəbədən atdı. Qaçaraq həkimə gələn biri isə:

-Həkim, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın. — deyə yalvardı.
Küçələr dəli olan insanlarla dolu idi. Bu qəribə hadisə 5 nəfərin ölümü, 300 nəfərin yaralanması, 50 nəfərin isə dəlixanaya düşməsi ilə nəticələndi. Fransa tarixinə bu gün “lənətlənmiş çörək” adı ilə düşdü. Mütəxəssislər səbəb kimi, çörəyə qarışmış göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər.

Üzərindən 59 il keçdikdən sonra CİA (Amerika Kəşfiyyat İdarəsi) arxivlərini incələyən Albarelli adlı jurnalist hadisənin AKİ-nin “beynin idarə olunması” adlı təcrübəsinin bir hissəsi olduğunu iddia etdi.

İddiaya görə, AKİ kəndin çörəklərinə “LSD” adlı kimyəvi maddə qatıb və nələr baş verdiyini müşahidə edib. Mütəxəssislərə görə, LSD qəbul edən insanlara təlqinlə istənilən işi gördürmək olar. Ehtimal olunur ki, son illərdə kamikadzelərin hazırlanmasında bu maddədən istifadə edilir.


Tarix: 26.11.2014 / 12:43 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqlı Melumatlar
loading...