Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

bir az düşünün...

Kömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.


Niyə ağlayırıq?
Dünyadakı canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir. Ruhsal gözyaşları daha çox proteindən ibarətdir. Amma hələ ki bu fərqin səbəbi tapılmayıb.

Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?
Tək bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər. Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa, qıraqdan içəriyə istilik keçməz. Beləcə də termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalır.

Dünyanın ən çox oxunan mahnısı hansıdır?
Bu mahnı "Happy birthday to you" -dur. Mahnının əsli Amerikalı iki bacıya aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman şirkətə pul ödənilir


Tarix: 25.11.2014 / 18:49 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı Melumatlar
loading...