Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir

Dünyaya övlad gətirmək valideynləri heç də xoşbəxt etmir. Alimlər ortaya çıxarıblar ki, övlad dünyaya gələrkən formalaşan xoşbəxtlik duyğusu qısa çəkir.

Londonun iqtisadi və siyasi elmlər məktəbi, o cümlədən Qərbi Kanada Universitetinin tədqiqatçıları iddia edirlər ki, valideynlər uşaq dünyaya gəlməzdən bir il əvvəl və doğuşdan bir il sonraya qədər xoşbəxt olurlar. Sonradan xoşbəxtlik hissləri tədricən soyuyur.

İkinci hamiləlikdə də eyni hisslər olur, lakin hisslərin qamması bir qədər aşağı olur. Üçüncü uşaq isə ata və ananı nəinki xoşbəxt etmir, hətta depressiya riskini artırır.

Ekspertlər bunu planlaşdırılmamış hamiləlik ilə izah edirlər. Bu, ailənin büdcəsinə mənfi təsir göstərir.

Tədqiqatların nəticələri göstərir ki, valideynlər üçüncü uşaqları heç də birinci və ikincidən az sevmirlər. Sadəcə onun ailəyə gəlməsi narahatlıq yaradır.

Bununla belə, gecə ana olan qadınlarda xoşbəxtlik duyğusu heç vaxt getmir. Misal üçün, 23 yaşında ana olan qızlarda isə heç doğuş zamanı da xoşbəxtlik emosiyaları olmaya bilər.


Tarix: 22.11.2014 / 21:52 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqlı Melumatlar
loading...