Çörək ilk dəfə necə bişirilib?
Dünyanın hər yerində ayrı-ayrı millətlər, müxtəlif ölkələrdə, cürbəcür qablarda, cürbəcür yeməklər yeyirlər. Amma çörəyi hamı yeyir. Elə bir adam yoxdur ki, onun yaşadığı yerdə çörək yeyilməsin. Hələ ibtidai icma dövründə adamlar taxıl yeyirdilər. Sonralar onlar iki daş vasitəsilə taxılı döyüb un şəklinə saldılar. Üç min il bundan qabaq ilk dəfə misirlilər undan çörək bişirdilər. Onlar bunu belə edirdilər. Una su qatıb xəmir yoğurur, sonra isə onu təndirdə bişirirdilər.
Ən dərin okean hansıdır?
Okeanlar bizim üçün həmişə sirr-sehr dolu bir aləm olublar. Ola bilər ki, ümumiyyətlə Yer yarananda hələ heç okean olmayıb. Bu gün insan okeanın dibində olanları öyrənmək istəyir və öyrənir. Okean dibinin altı kilometr hündürlüyündə dərin qatı dəniz heyvanlarının sümüklərindən, bitki qalıqlarından, vulkan külündən ibarətdir. Bu qat «qırmızı palçıq» adlanır.
Okeanlar həmişə öyrənilir, onların dərinliyi ölçülür. Ən dərin okean Sakit okeandır. Onun dərinliyi 11022 metrdir.
Neft nədir
Neft cəmiyyətə çox xeyir verir. Onun köməyi ilə biz işıq, isti alırıq. Neftin vasitəsilə maşınlar, traktorlar, təyyarələr, gəmilər hərəkətə gəlir. Neftsiz hərəkətlərini dayandırırlar.
Neft nədir? Neft sözü bizə latın dilindən gəlib. “Daşlı yağ” deməkdir. Alimlər belə hesab edirlər ki, neft çox-çox illər bundan qabaq isti okeanlarda yaşamış heyvan və bitkilərdən əmələ gəlmişdir. Heyvan və bitkilər tədricən məhv olaraq təbəqə yaratmışlar. Bu təbəqənin isə üstünü qum örtüb bərkitmişdir. Yüksək təzyiqlərdən həmin neft məhsulu suyun dibində çox qala bilmir, müəyyən vaxtdan sonra yenə də təzyiqlə çıxır.
Qaz nədir
Neçə-neçə əsrlər bundan qabaq Yunanıstanın Delfa adlı bir yerində yunanlar fikir verib gördülər ki, bir çoban heyvanları otarandan sonra özünü çox qəribə aparır. Həmin çəmənlikdən keçən adamlar isə sərxoş kimi olur, az qala dilləri tutulurdu.
Yunanlar qərara gəldilər ki, bu yerlərdə “Ruh”lar gəzişir. Sonralar məlum oldu ki, onların “Ruh” adlandırdığı naməlum qüvvə qaz imiş. Qaz əsasən yerin altında olur. Onu qaz kəmərləri vasitəsilə min kilometr uzaqlara çəkmək olur.
Getdikcə qazdan daha çox istifadə olunur. Çünki o, başqa qazlara nisbətən ucuz başa gəlir. Qaz soyuducuları, qaz istixanaları, qəzla işləyən maşınlar çox sərfəlidir.
Ən parlaq ulduz hansıdır
Ulduzlu göyə baxarkən ən birinci biz ən parlaq ulduzu görmək istəyirik. Bəs hansıdır ən parlaq ulduz, tapa bilmirik.
Adi qaydada teleskopsuz baxsaq, cəmi 6000 (altı min) ulduz görə bilərik.
2000 (iki min) il bundan əvvəl yunan astronomları ulduzları parlaqlığına və böyüklüyünə görə hissələrə bölürdülər.
Hal-hazırda ən parlaq ulduz Sirius ulduzu sayılır. O, adi gözlə görünün bütün ulduzlardan ən parlağıdır.
İlk dəfə güzgü necə yaranıb ?
Göl suyuna yaxından baxmısınız? Orda yəqin ki, göyün və ağajların, yaxud da öz əksinizi görmüsünüz. Qədim zamanlarda güzgünü üstü möhkəmsürtülmüş metaldan hazırlayırdılar. Heç kəs güzgünün yaranma tarixini deyə bilməz. Yəqin ki, ilk dəfə onun yaranmasına səbəb qadın olub.
İlk dəfə güzgü qədim Yunanıstanda, sonra Misirdə və Romada yaranıb. Onlar güzgünü o vaxt balaja düzəldib jiblərində gəzdirərdilər. Uşaq ilk dəfə öz əksini görəndə nejətəəjjüblənərsə, onlar da güzgü təzə çıxanda elə təəjjüblənirdilər. Hətta güzgü təzə yarananda adamlar bunu ruh, ya da möjüzə hesab edirdilər.
Hal-hazırda güzgünün üstünü şüşədən, arxasını isə metaldan düzəldirlər. 1300-jü ildə İlk dəfə güzgünü şüşədən düzəltmək isə venesiyalıların ağlınagəlib. Bu gün də belə güzgülərdən istifadə olunur.
Qar dənəciyi nəyə görə altı künclü olur?
Qar dənəciyi-təbiətin yaratdığı gözəlliklərdən biridir. Qışda göydən-yerə milyonlarla qar dənəciyi tökülür.
Sən bildiyin kimi, qar donmuş sudur. Bəs onda qar dənəciyi donmuş sudursa, bəs onda nəyə görə o ağdır? Axı o rəngsiz olmalıdır.
Yadda saxlayın ki, aşağı dərəcədə su donanda onun malekulları kristal şəklində düzülür, geometrik forma alır və kristallaşır. Bundan sonra isə onlar ağ rəng alaraq altıbucaq şəkli alırlar.
Ən qəribəsi odur ki, onların arasında iki, bir-birinə oxşayan qar dənəciyi tapmaq qəti mümkün deyil.
Çay necə yaranıb
Elə içkilər var ki, onlar neçə-neçə min illər bundan qabaq yaranıb və indiyə qədər də sevilə-sevilə içilir. Çay belə bitkilərə aiddir.
Çinlilər çayı 4 min il bundan qabaq tanımış və onun qədrini bilə-bilə əkib becərmişlər. Əsasən çay ticarəti ilə məşğul olmağa başladıqdan sonra Çin inkişaf etməyə başlayıb, böyük və inkişaf etmiş bir dövlətə çevrildi. Çinlilər çay kolunu Hindistandan gətirib öz vətənlərində əkdilər. Sonra isə Hindistanda və Seylonda çay plantasiyaları salındı və çay ölkəsinə böyük gəlir gətirdi.
Çay kolunun iki növü mövcuddur. Çindəki çay növünün hündürlüyü 1 metrdir. Hindistandakı çay kolunu isə kəsməyəndə onun hündürlüyü 6 metrə çatır.
Meteoroloqlar havanı necə deyirlər
Hava hər gün dəyişir. Bəzən bir gündə neçə dəfə dəyişir. İsti, soyuq, küləkli, dumanlı, sakit, yağışlı, quru və sairə. Havanın dəyişməsinə çox faktorlar təsir göstərir, onun dəyişməsinin əsas səbəbi isə Günəşdir. Günəş istiliyi ilə suyu buxarlandırır və isti buxar şəklində göyə qalxmış su göydə soyuyur və yağış şəklində Yerə yağır.
Havanı qabaqcadan xəbər verən ixtisasçılar küləyin səmtini, onun artıb və azalacığını, yağışın və qarın yağmasını, havada hərarətin və təzyiqin qalxıb-düşməsini və başqa məlumatları əvvəlcədən xəbər verə bilirlər. Bunun üçün xüsusi meteoroloji stansiyalar və hava məlumatı büroları vardır. Hətta Atlantikada xüsusən böyük bir hava məlumatı stansiyası vardır ki, adına “Hava gəmisi” deyirlər.
Havanın daha dəqiq öyrənilməsi üçün texnika günü-gündən müasirləşdirilir və dəqiq məlumatların alınması mümkünləşir.
Çox yeyənlər
Heç bilirmsən bir gündə qarışqayeyən nə qədər qarışqa yeyir? Otuz min ədəd. İnan mənə! Bala Dili balalarına heç vaxt səhv öyrətməz. Bu həqiqətən belədir. Qarışqayeyən uğurlu ov günündə bir dəfəyə ağzına 500 qarışqa qoyur. Dişləri olmadığından qarışqanı çeynəmir, eləjə udur.
Boyu çox balaja olan yereşənlər isə ən çox yeyən janlıdır. Onların bütün günü ağzı işləyir, işləyir. Çənələri işləməkdən yorulmur. Özü də gün ərzində öz çəkilərindən iki dəfə çox yemək yeyirlər.
Bəs bilirsən hansı heyvan çəngəllə yemək yeyir? Madaqasqar adalarında, ağajda yaşayan Ay-ay adlı meymun. O ağajdan-ağaja tullananda səs çıxarır: «Ay-ay» Ona görə də onun adı elə Ay-ay qalıb. Ay-ay xoşladığı yeməyə dırnaqlarını elə batırır ki, elə bil dırnaqları iti çəngəldir.
İlanlar da çox yeyən sayılırlar. Çünki onlar da öz çəkilərindən çox-çox artıq yeyirlər. Yeməyi çeynəmir, eləjə udurlar. İlanların çox tək yaşamağı sevir. Amma soyuq qış başlayan kimi ilanlar bir yerə yığılır, yaza qədər yatırlar.
Kainat hansı ölçüdədir
Kainat elə böyükdür ki, insan onun hansı ölçüdə olduğunu heç təsəvvür belə edə bilməz.
Yer Günəş sisteminin balaja bir hissəsidir. Günəş sistemi öz növbəsində Qalaktika adlanan böyük bir sistemin balaja bir hissəjiyidir. Günəşin işığı yerə 8 dəqiqəyə çatır. Qalaktikanın özü isə bizim Günəşdən də böyük olan və özünün Günəş sistemi olan milyon və milyon ulduzlu bir sistemdir.
Nəzəriyyəyə görəQalaktika 3 milyard ulduzdan ibarətdir. Qalaktikanın mərkəzindən Günəşə qədər şüa 27 min ilə qədər vaxta gedib çatır.
Bəlkə də bu Qalaktikadan başqa milyon belə Qalaktika var. Bu hələ heç kəsə, heç bir elmə məlum deyil. Birjə alimlərin nəzəriyyəsinə görə Kainatget-gedə genişlənir.
Nəyə görə okeanda su duzludur
Yer kürəsinə aid olan çoxlu suallar və onların çoxlu maraqlı cavabları var. Onlardan biri «Nəyə görə okeanda su duzludur?»- sualıdır. «Bu qədər duz necə və haradan tökülüb okeanlara?»
Yerdən buxar vasitəsilə göyə qalxan su yağış vasitəsilə okeanlara tökülür. Bu proses daima dövr edir.
Bütün okeanları qurutsaq yerdə qalan duzdan Yer kürəsinin ətrafına hündürlüyü 230 kilometr və eni 2 kilometr olan divar çəkmək olar.
Yediyimiz gündəlik duz, düz mənbələrindən və dəniz suyundan alınır. Təxminən bir litr dəniz suyundan 30 qram duz alınır.
Dəniz bitkiləri necə yaranır
Evdə akvarium varsa, ona diqqət edin, suyun dibində və üzündə yaşıl qat əmələ gəlir. Bu su bitkisidir. Su bitkiləri su olan yerdə əmələ gəlir. Okeanda, dənizdə, çayda, bulaqlarda, bir sölə su olan hər yerdə.
Bəzi su yosunlarından tibb aləmində yod alırlar. Bəzən su yosunları elə nəhəng və möhkəm olur ki, ondan kanat və yaxud kəndir düzəldirlər.
Qırmızı rəngli su yosunları vardır ki , onlar suda çox miqdarda olduqda hətta suyun rəngin belə dəyişməyə, qırmızıya çalmağa məcbur edir.
Dondurma necə yaranıb
Əlli il bundan qabaq adamlar ancaq yayda dondurma yeyərdilər. İndi isə onu bütün il boyu yeyirlər.
Şərq ölkələrində ilk dəfə dondurmanı vafli stəkanlarda yeyirdilər.
T ədqiqatçı Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dodurma Fransaya gəlir və şöhrətli adamların əlində və yemək rasionunda məhşurlaşır. Onlar dondurmanın reseptini sadə camaatdan gizləyir, onlara bildirmək istəmirdilər. Amma bir müddətdən sonra onun sirri açıldı. Sonra dondurma resepti Amerikaya gedib çıxdı.
İlk dəfə dondurma zavodu 1851-ci ildə Merilend ştatında Baltimorda fəaliyyətə başlayıb. Dondurma qaymaq, süd, süd məmulatları qarışığından düzəldilir. Ona hərdən yumurta da qatılır. Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər.
Bax belə yaranıb ən çox xoşladığımız dondurma…
Eramızdan 3000 il əvvəl Çində dövlətli ailələr meyvə suyunu qar və yaxud buz ilə qarışdırıb içirmişlər.
Tarix: 26.11.2014 / 11:48 Müəllif: Aziza Baxılıb: 354 Bölmə: Maraqlı Melumatlar