Bəşər tarixi boyu istifadə olunan qızılların 90 faizi 1848-ci ildən sonra tapılıb.
ABŞ-da tapılan ilk qızıl külçə 7.7 kiloqram ağırlığında olub. Bu, 1799-cu ildə Şimali Korolinada baş verib.
Yer kürəsinin qabığı təşkil edən hər milyard daşdan biri qızıldan ibarətdir.
1848-ci ildən Kaliforniya ərazisində ilk dəfə qızıl tapılanda o hələ Meksika ərazisi idi.
Ən çox qızıl istehlakçısı olan ölkə Hindistandır. İllik 936 ton. Bu qədər qızıldan hər hindliyə qızıl üzük düzəltmək olar.
ABŞ-da hər il nişan üzüklərinə 17 ton qızıl sərf edilir.
Kibrit qutusu boyda qızılı tennis kortu boyda sahəyə yaymaq olar.
Tipik müasir qızıl külçəsi 11 kiloqramdan bir az çoxdur.
1849-cu ildə insanların kütləvi qızıl axtarması zamanı, Kaliforniyada unun qiyməti 70 dollar, bir stəkan su 100 dollar idi.
İnsan orqanizmində 0,2 milliqram qızıl var.
Ən böyük qızıl külçə Avstraliyada tapılıb. Onun çəkisi 27 kiloqram olub.
Tarix: 25.11.2014 / 18:40 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Melumatlar