Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə qadağalar

Dünyanın ayrı-ayrı ölkələrində başqa yerlərdən gələnləri şoka sala biləcək qaydalar mövcuddur. Yerli əhali artıq buna alışsa da, gəlmələrin şəraitə adaptasiya olması bir qədər uzun çəkir.

Məsələn, Azərbaycanda hər kəs sutkanın istənilən saatında İnternet kluba daxil ola bilər. Bu davranışa görə heç kim dövlət qurumlarına hesabat vermir. Halbuki eyni hərəkət üçün Türkmənistanda klubun administratoruna şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək tələb olunur.

Beləliklə, dünyadakı maraqlı qadağalardan bəzilərini təqdim edirik.

olmaz!!!Çində "Avatar" filminə yalnız 3D formatında baxmağa icazə verilir. Bu formatdakı filmləri isə ölkədə cəmi bir neçə teatr nümayiş etdirə bilir. Hökumət bu qərarla "imperialst mədəniyyətin" qarşısını almağa çalışır.

Əgər bu ölkədə kimsə reinkarnasiya (sadə dildə desək dirilmə) olmaq istəsə mütləq dövlətdən icazə almalıdır. Burada da məqsəd Tibetin buddist icmasını nəzarətdə saxlamaqdır.

"Ərəb baharı" başladıqdan sonra bu ölkədə yasəmən satışı da qadağan edilib.

İranda Qərb stilində saç kəsdirmək qadağandır. İnsan həyatının ən gizli anlarını belə nəzarətdə saxlamaq istəyən molla rejimi molla rejimi saç düzümlərinin də siyahısını tərtib edib. Məqsəd Qərb mədəniyyətinin yayılmasını önləməkdir.

Səudiyyə Ərəbistanda Müqəddəs Valentin günü qadağandır. Sevgililərin bir birinə gül göndərməsini önləmək üçün ölkədə bayram ərəfəsində bütün gül mağazaları bağlanır.

Rusiyada məktəblərdə və dövlət müəssisələrində "emo" stilində geyinmək qadağandır. Hökumət bu geyimin insanları intihara təşviq etdiyini düşünür.

Avstraliyada isə kiçik döşlü qadınların porno filmə çəkilməsi qadağandır. Rəsmilərin fikrincə, bu tip qadınlara tamaşa edən şəxsdə uşaq pornoqrafiyasına meyl yarana bilər.


Tarix: 26.11.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqlı Melumatlar
loading...