Bildiyiniz kimi Amerikada hər qasırğaya bir ad verilir və onlar bu adlarla anılır. Bu il də ola biləcək qasırğalar hesablandı və onlara adlar seçildi. Qəribəsi odur ki, bu adların çoxusu müharibə və savaşa bənzər anlamlar ifadə edir.
İndi isə adların mənalarına fikir verək.
Atlas — Yunan mifologiyasında bir titandır. Olimplə titanların savaşında məğlub olmuş və tanrılar tərəfdən göyün qübbəsini çiynində daşımaqla cəzalandırılmışdır.
Boreas — Yunanlarda soyuq şimal küləyi tanrısı.
Cleon — Yunan dövlət adamı və döyüşçüsü.
Dion — Dionysos adının qısaldılmışı, qədim yunanlarda şərabçılıq və şərab tanrısı.
Electra — Yunan mifologiyasında Argosun şahzadəsi.
Falco — Britannia Roma valisi (indiki İngiltərə).
Gemini — Əkizlər bürcünün latınca adı. Hava ünsürünə aiddir.
Hercules — Öz gücü ilə məhşur olan Zevsin oğlu.
İon — Yunan dilindən tərcümədə “Gedir” deməkdir.
Janus — Yunan mifologiyasında başlanğıclar və keçid tanrısı. Yanvar ayında bu qasırğa gözlənilir.
Kronos — Yunan mifologiyasında Zevsin atası. Xaos və qarışıqlıq tanrısı.
Leon — Yunanca Aslan deməkdir.
Maximus — Böyük, ən böyük deməkdir.
Nika — Yunan mifologiyasında zəfər ilahəsi.
Orion — Yunan mifologiyasında böyük və çox güclü bir ovçu.
Pax — Latın dilindən tərcümədə Sülh deməkdir.
Quintus — Qədim Romalıların şairi.
Rex — Latınca Krala verilən digər bir ad.
Seneca — Romalı yazıçı və filosof.
Titan — Yunan mifologiyasında Zevsdən əvvəl dünyanı idarə edən tanrı.
Ulysses — Homerin Odissey əsərinin qəhrəmanının Roma adı.
Vulcan — Roma mifologiyasında alov tanrısı.
Wiley — ingiliscə hiyləgər və çətin anlamına gələn taxma addır.
Xenia — Qonaqpərvərlik anlamına gələn yunan sözü.
Yona — Bir yunanlı adam.
Zephyr — Yunan mifologiyasında Qərb küləyi tanrısı.
Tarix: 26.11.2014 / 13:12 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Melumatlar