Londonda çıxan “Sandi Meyl” qəzetinin yazdığına görə, Amsterdam Azad Universitetinin bir qrup alimi tədqiqatlar zamanı “dostluq insana hərarət bəxş edir” el məsəlinin həqiqiliyini təsdiq etmişdir.
Onların apardıqları eksperimentlər sübuta yetirmişdir ki, özünə sirdaş sandığı şəxsin 60 santimetr yaxınlığında insanın canına istilik məlhəm kimi yayılır və onun bədəninin hərarəti 2 dərəcə artır. Münasibətləri alınmayan adamın yaxınlığında isə o, üşüyür və buna mütənasib olaraq bədəninin hərarəti aşağı düşür. AzərTAc
Qurani-Kərim buyurur:
Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257-ci ayə)
Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). (Ali-İmran surəsi, 28-ci ayə)
Allahın müqəddəs kitabı Quran bizləri daim yaxşı olan şeylərə doğru səsləyir, biz isə bunu Quranın təbiri ilə desək ya heç düşünmürük, ya da bu gün əldə etdiyimiz gecikmiş kəşflər sayəsində nəhayət ki, anlayırıq.
Tarix: 08.01.2013 / 11:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Maraqlı Melumatlar