Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

100 illik müqavilə

Hacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir.
Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir, ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki, restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:
— Bu masanın bir günlük qiyməti nə qədərdir?
— Rəhbərlik hesablayır və cavab verir.
— Bəs 1 həftəlik?
— Yenə hesablayıb cavab verirlər.
— Bəs 1 aylıq?
...
— Bəs 1 illik?
— Bəs 100 illik?
Rəhbərlik suallardan son dərəcə çaşqın olsalar da hesablayıb cavab verirlər.
Hacının sualları əbəs olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax, elə belə bir masa ətrafında təmannasız yeyib-içə bilsin. Və belə də olur. Həmin restoran 100 ilərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız 2011-ci ilinYanvar ayında- müqavilənin bitmə tarixində, Almaniya səfirliyi Azərbaycan səfirliyinə
məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdır. İndi aranızda bu müqaviləni uzadacaq biri varmı?


Tarix: 26.11.2014 / 12:06 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqlı Melumatlar
loading...