Əli və Ninonun heykəli necə qovuşur?
Qurban Səidin məşhur “Əli və Nino” romanı Gürcüstanda Azərbaycandan da məşhurdur. Azərbaycanlı oğlanla gürcü qızın məhəbbəti Batumidə “hərəkət edən” heykələ çevrilib.
Batumidə ucaldılan bu abidənin hündürlüyü 7 metrdir. Heykəllər 8-10 dəqiqə intervalla hərəkətə gəlir və "öpüşərək" bir-birlərinə qovuşur — vahid fiqura çevrilirlər.
Poladdan hazırlanmış abidənin müəllifi Amerikada yaşayan gürcü heykəltəraşı Tamar Kvesitadzedir.
Hazırlanarkən heykəl «Qadın və kişi» adlanıb. Amma heykəli Batumidə ucaltmaq qərarı veriləndən sonra ona məşhur romanın qəhrəmanlarının şərəfinə "Əli və Nino" adı verilib.
Tarix: 26.11.2014 / 12:48 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Melumatlar
loading...