Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı suallar və məntiqi cavabları

Çinlilər niyə yeməklərini çubuqla yeyirlər?

Çinlilər yeməklərini çox kiçik hissələrlə yediklərinə görə çubuqla yeyirlər. Çində, qədimdə yalnız varlılar stolda yemək yeyərdi. Xalqın çoxu boşqabları əllərində yerdə yemək yeyərdi. Bir əllərində boşqab, digərində isə çubuq tutub yeyərdilər yeməklərini. Əhalinin sürətlə artması ərzaq qıtlığı yaratdığı üçün yeməkləri kiçik hissələrə ayırıb çoxaldaraq yeyərdilər. Çubuqlar fildişi və sümükdən hazırlanırdı

Dünyanın ən çox oxunan mahnısı hansidir?

Bu mahnı "Happy birthday to you"dur. Mahnının əsli Amerikalı iki bacıya aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman şirkətə pul ödənilir

İnsanlar saatlarını niyə sol qola taxırlar?

Çünki çox insan sağ qolunu çox hərəkət etdirir və bu qolun hərəkətli olması saatın harasa dəyib qırılması ehtimalı yüksəkdir. Həm də saatın qurma düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman onu biləkdən çıxarmadan sağ əli uzatdıqda sol qolundakı saatı qura bilirlər.

Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?

Tək bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər. Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa, qıraqdan içəriyə istilik keçməz. Beləcə də termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalır.

Şahmatda şah niyə passivdir?

Çünki şah qoruma altındadır. Şahmatda məqsəd şahı almaqdır. Ona görə bütün fiqurlar onu qorumalıdır. Vəzir də kimi onun köməkçisi kimi qorunmasına daha çox mömək edir. Qərbdə vəzirə kraliça adı verilib. Şahmat 6-cı əsrdə Hindular tərəfindən oynanılmağa başlanıb, oradan da dünyaya yayılıb.

İnsanlar qorxanda niyə dişlərini sıxıb bir-birilərinə vurur?

İnsan böyük bir təhlükə və ya qorxu hiss edəndə bədəni avtomatik olaraq müdafiəyə keçir. Digər canlılarda olduğu kimi dişlər və çənə müdafiənin əsas mexanizmidir. Bu da bizə ilk insanlardan qalıb. Buna görə də təhlükə anında ilk olaraq çənə və dişlər hərəkətə başlayır. Çənədəki əzələlər titrəyir, bu da sanki dişlər bir-birinə dəyirmiş kimi görünür

Niyə ağlayırıq?

Dünyadakı canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir. Ruhsal gözyaşları daha çox proteindən ibarətdir. Amma hələ ki bu fərqin səbəbi tapılmayıb.

Kömək siqnalı olan S.O.S -ın mənası nədir?

Çox adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.


Tarix: 14.01.2014 / 16:30 Müəllif: ADMIN Baxılıb: 545 Bölmə: Maraqlı Melumatlar
loading...