Bu maraqlı hadisə 1974 - cü ilin martında, Çinin Sian şəhərindən 40 km məsafədə olan Şensi əyalətində baş verdi.Əhalinin apardığı kənd təsərrüfatı işləri zamanı birdən-birə torpaq sürüşməsi baş verdi.İnsanlar əmələ gəlmiş yarğana baxanda gözlərinə inanmadılar.Torpaqdan camaatın üzünə gildən hazırlanmış orta yaşlı bir kişi baxırdı.Onun uzun arxadan hörülmüş saçları vardı.Əynindəki geyim qədim Çin əsgərlərinin geyiminə oxşayırdı.Əhali bu haqda dərhal yerli arxeoloqlara xəbər verdi.Tezliklə bu ərazidə geniş miqyaslı qazıntı işləri başlandı.Nəticədə, ilkin qazıntilar zamanı əhalinin gözləntiləri təsdiqləndi.Torpaqdan orta yaşlı qədim çin əsgərinin gil fiquru çıxdı.O əlində bürünc uclu nizə tutmuşdu.İlk vaxtlar heç bir alim bu tapıntını yaxınlıqda olan təpə ilə əlaqələndirmirdi.Amma alimlər bilirdilər ki, hardasa bu təpənin altında məşhur çin imperatoru Tsin Şi Xuandinin məqbərəsi yerləşir.Mövcud məlumatlara görə məqbərənin özü dağıdılmışdır.Ona görə də alimlər buna elə də əhəmiyyət vermirdilər.Ancaq gil əsgər arxeoloqları çox maraqlandırırdı, elə buna görə də qazıntılara davam etmək qərarı verildi.Bunun nətcəsində bütün dünya yeni tapıntıdan xəbər tutdu.Axtarışlar zamanı təpədən şərqə doğru coxlu sayda gil əsgər tapıldı.İlk baxışdan bu böyük orduya bənzəyirdi.Bugünkü günə qədər arxeoloqlar 6 min gil əsgər tapıblar.Burada 4 cərgə süvari əsgər ordusu, döyüş arabaları var idi.Hər bir ordu növü cərgə halında yığılmışdır.Hər bir əsgər, araba, at çox real görünürdü.Onların əllərində olan, oxlar, qılınclar, nizələr isə əsl silahlar idi.Ən maraqlı məqam isə odur ki,tapılmış heykəllər, onların silahları vaxtın təsirinə məruz qalmamışdır.Tədqiqatlar zamanı aşkar edildi ki,tapılmış hər bir heykəlin ölçüsü real adamin üzərindən götürülüb.Əlbəttə ki, adama inandırıcı gəlmir ki, çin keykəltəraşları bir yerə 6 min nəfər adam yığıb, onların hər birindən ölçü götürüblər.Görünür ki, heykəltəraşlar öz yaddaşları əsasında işlərini görüblər.Biz əsgərlərin üzlərinə diqqətlə baxsaq, hamısında eyni üz cizgilərin olduğunu görə bilərik.Tədqiqatlar davam etdikcə, məlum oldu ki. "ordu" e.ə III əsrə aiddir.Onların əsas məqsədi imperator Tsin Şi Xuandinin məqbərəsini qorumaq idi.Bəs yaxşı, niyə imperator özü üçün bu boyda gil ordu hazırlamışdır? Eyni zamanda niyə o, gil ordunu yerdə basdırmışdır? Bu suallara cavab tapmaq üçün Qədim Çin tarixinə nəzər salmaq lazımdır.
Məşhur imperator e.ə 259 - cu ildə anadan olmuşdur.Artıq 13 yaşında o Qədim çinin parçalanmış imperatorluqlarından birinin imperatoru oldu.Uzun müddət davam edən müharibələrdən sonra imperator Tsin Şi Xuandi bütün ölkəni öz hakimiyyəti altında birləşdirdi.E.ə 221 - ci ildə özünü Çinin birinci imperatoru elan etdi.Bütün ölkəni ələ aldıqdan sonra imperator islahatlara başladı.Əfsuslar olsun ki, bəzən imperator bu qanunları silah gücünə yerinə yetirirdi.Bu isə öz növbəsində xalqa böyük problemlər yaradırdı.Onun ən böyük layihəsi Böyük Çin Səddi idi.Ona qədər və ondan sonra da, bunun kimi böyük tikinti olmamışdır.Vaxt keçir, amma imperator qocalırdı.Yaltaq vəzirlər imperatoru əmin edirdilər ki, o sonsuza qədər hökmranliq edəcək.Bununla bərabər Tsin Şi Xuandi də öz ölümsüzlüyünə inanırdı.Lakin sonda o, özü üçün möhtəşəm məqbərə tikilməsinə əmr verdi.Əlbəttə ki, imperator Tsin Şi Xuandi sonsuza qədər hökmranlıq edə bilmədi.Hər bir insan kimi vaxtı çatdıqda o da öldü.Ona bir dəstə həkim belə kömək edə bilmədə.İmperatoru əvvəlcədən Li - Şan dağlarında tikilmiş məqbərədə dəfn etdilər.İmperatorla onun bütün arvadları, qulluqçu və nökərləri də diri-diri basdırıldı.Bundan əlavə, imperatorun məqbərəsini tikən bütün şəxslər də öldürüldü.Buna imperatorun özü əmr vermişdi.O istəyirdi ki, ancaq vaxt onun məqbərəsinin harada olduğunu bilsin.
Qədim Çin ənənəsinə görə, imperatorun ordusu da basdırılmalı idi.Hakimiyyətə Tsin Şi Xuandinin oğlu Xu Xay gəldi.Yeni imperator böyük bir ordunu diri-diri basdırmağa razı olmadı.Atasının verdiyi əmrə tabe olmadı.Bunun əvəzinə imperator Xu Xay simvolik bir ordunu qurban verməyə əmr verdi.Əmrə görə bütün ordu gildən heykəllər şəklində hazırlanmalı və onun atasının məqbərəsinin yaxınlığında basdırılmalı idi.(Məqbərənin dəqiq yerini Xu Xay belə bilmirdi.)
Bu günün özündə Şensi vilayətinə dünyanın bütün yerlərindən turistlər gəlir.Onların məqsədi Tsin Şi Xuandinin məqbərəsini öz gözləri ilə görməkdir.Qazıntı işlərinin aparıldığı yerlərdə 16 min kv km olan böyük bir pavilyon tikilmişdir.Pavilyonun tavanı 22 metr hündürlükdədir.Bu da gil ordunu yağışdan və digər hava amillərindən qoruyur.
Tarix: 26.11.2014 / 11:46 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqlı Melumatlar