Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizim baxış bucağı | Bermud üçbucağı

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iki alimi 1982-ci ildə əfsanəvi Bermud üçbucağına araşdırma məqsədilə səfər etdi. Onlardan biri hazırda aramızda yoxdur. Digəri isə institutun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir. Alimlə müsahibəni təqdim etməzdən əvvəl, Bermud üçbucağının təbiətinə və onunla əlaqəli hadisələrin tarixinə nəzər salmaq daha maraqlı olardı.

Bermud üçbucağıBermud üçbucağı Atlantik okeanın şimalında, Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Bəzən "şeytan üçbucağı" da adlandırılan bu ərazi alimlər üçün sirli məkandırsa, fantastik film və əsərlərin isə mövzu obyektidir. Bermud üçbucağını məşhur edən əsas xüsusiyyət orada qədimdən indiyədək sayı bəlli olmayan gəmi və təyyarələrin müəmmalı şəkildə yoxa çıxmasıdır. Həmin hadisələrin birincisinin nə zaman baş verdiyini də dəqiq bilən yoxdur. Amma hələ orta əsrlərdə (500 il bundan əvvəl) gəmilərin orada qeyb olması məlumdur. Müxtəlif elektron informasiya vasitələrində üçbucaqla bağlı kifayət qədər məlumat var. Rəsmi mənbələrdə göstərilir ki, son 30 ildə orada 1000-dən çox gəmi və təyyarə itmişdir. Sonuncu gəmi "Pinuts Tu" 2003-cü il noyabrın 25-də, 125-ci və axırıncı təyyarə "N59684" isə 2002-ci il sentyabrın 6-da yoxa çıxmışdır. Xatırladaq ki, ilk dəfə "Bermud üçbucağı" adı 1964-cü ildə amerikalı Vinsent Qaddis tərəfindən "Arqozi" jurnalında işlədilmişdir.

"Meyri Selest" müəmması

Sözügedən məkanla bağlı bir çox hadisə alimləri neçə illərdir düşündürür. Həmin hadisələrdən biri "Meyri Çelest" gəmisi ilə bağlıdır. Gəmi 1868-ci ildə onnəfərlik heyətlə Nyu-Yorkdan Genuya (italiya) istiqamətində yola düşür və itir. 1872-ci il dekabrın 4-də çıxdığı limandan 400 dəniz mili məsafədə, Portuqaliyanın yaxınlığındakı Azoradaları ətrafında tapılır. Gəmi tam qaydasında idi, heç birxəsarət almamışdı. Amma heyət və bir xilasedici qayıq yox idi. Yarımçıq xörəklər, sonadək oynanılmamış oyun kartları da masanın üzərində idi. Amerikalı mütəxəssislər hesab edirlər ki, "Meyri Çelesf'dəkı insanlar hansısa təhlükə ilə üzləşərkən, gəminin batacağını düşünüb və xilas olmaq üçün qayıqdan istifadə etmişlər. Gəmi ilə bağlı bir sual da indiyə qədər açıq qalır: o, heç yerdə görünmədən okeanın Amerika sahilindən Avropa sahilinə (Nyu-Yorkdan Azor adalarına) necə üzüb?

"Flayt 19" (XIX uçuş)

Daha bir maraqlı fakt isə 1945-ci ildə "Flayt 19" (19- cu uçuş) adlı reyslə bağlıdır. Həmin il dekabr ayının 5-də ABŞ Hərbi Dəniz Donanmasının "Evendjers" ("Qisasçılar") adlı 5 bombardmançı təyyarəsi məşq üçün Floridanın Fort Loderdeyl limanından havaya qalxmağa hazırlaşırdı. Vaxtaşırı keçirilən bu məşq yüksək təcrübəli pilot-leytenant Çarlz Teylor üçün adi uçuş idi. Reys "Flayt 19" adlanırdı. Aydın, təmiz və mülayim hava pilotları, o cümlədən, Ç.Teyloru uçuşa o qədər həvəsləndirir ki, bu dəfə marşrutun proqramını genişləndirərək Bermud adalarına doğru irəliləyirlər. "Qisasçılar" birinci dəfə idi ki, bu marşrutla uçurdular.

Saat 14:10-da start götürən 14 nəfərlik heyətdən ibarət bombardmançılar geri qayıtmırlar. Bunlar "şeytan üçbucağı"nda itən ilk təyyarələr idi.

Startdan saatyarım sonra Ç.Teylordan Fort Loderdeyl bazasına aviaradio ilə qəribə xəbər gəlir: "Biz, deyəsən, azmışıq, kompaslarımız da işləmir". Bu, aviabazanın əməkdaşlarmı şoka salır. Bir neçə dəqiqədən sonra komandir əlavə edir ki, "Zənnimcə, Floridanın Kis adaları üzərindəyik" (Kis adaları Floridanın cənubunda zəncirvari şəkildə uzanan torpaq ərazidir - S.H.). Leytenant Robert Koks aviabazadan göstəriş verir ki, əgər, Kis üzərində olduqlarını dəqiq bilirlərsə, şimala - Mayamiyə doğru uçsunlar. Ç.Teylordan cavab gəlir: "Fəqət biz qütbləri müəyyən edə bilmirik". Ç.Teylor proqramda nəzərdə tutulan marşruta girmək üçün müxtəlif istiqamətlər götürür, amma faydası olmur. Bir az sonra gərginlik daha da artır. Pilotlar özlərini itirirlər. Onlardan biri komandirə "Lənət şeytana, əgər qərbə doğru getsəydik, gəldiyimiz yerə qayıdardıq", - deyir. O, haqlı idi.

Saat 16:45-də Ç.Teylordan daha bir təəccüblü xəbər gəlir: "Biz Meksika körfəzini görürük". Limandakılar fikirləşir ki, yəqin, pilotlar gərginlikdən beyin zədəsi alıb. Çünki şərqə doğru istiqamət götürmüş təyyarələrin qısa zaman ərzində cənubda, xeyli uzaqda olması inanılmaz idi. Hava qaralanda təyyarələrlə əlaqə lap azalır. Ara- sıra eşidilən sözlərdən məlum olur ki, onlar hələ də şimal-şərqə uçduqlarını zənn edir. Halbuki "Şeytan üçbucağı"nın çərçivəsindən kənara çıxmamışdılar. Az sonra əlaqə tam kəsilir və Ç.Teylordan son olaraq, "Biz tamamilə azmışıq, burada okean sanki başqa planetin suları kimi görünür... Biz ağ sulara qərq oluruq", - sözləri eşidilir.

Saat 18:20-də onları axtarmaq üçün 1, sonra iki təyyarə havaya qalxır. Lakin heç nə tapa bilmirlər. Üstəlik, onlardan biri - "Martin Mariners" 22 nəfərlik heyətlə qeyb olur. Sonra, dəniz donanmasının xeyli gəmi və təyyarəsi 5 gün ərzində 700 min kvadrat- kilometrlik ərazidə axtarışlar aparır. O da bir nəticə vermir.

Nə qədər qəribə olsa da, 1987-ci ildə "Qisasçılar"dan biri Meksika körfəzində tapılır. Alimlər güman edirlər ki, digər təyyarələr də bu əraziyə yaxın yerlərdədir. Amma onları bir məqam daha çox düşündürür. Saat 16:50-də təyyarələrdən gələn sonuncu siqnal onların Floridanın Nyu-Smirna çimərliyində olduğunu göstərib. Bəs, təyyarələr heç yerdə görünmədən Meksika körfəzinə necə gedib-çıxıb?

Keçən əsrin II yarısında Bermud üçbucağı ilə bağlı xeyli kitab qələmə alınıb, jurnal, qəzet məqaləsi dərc olunub. Onların əksəriyyəti mistik əhvalatlar əsasında yazılıb. Bu, həmin nəşrlərin satışına xidmət edirdi. Amma fantaziya ilə düşünənlər yalnız kitab, jurnal və məqalə müəllifləri deyildilər. ABŞ Hərbi Dəniz Donanması da rəsmən təsdiq etmişdi ki, "Qisasçılar" Marsa uçub.

Xristofor Kolumb Sarqas dənizində

Deyilənlərə görə, Bermud üçbucağı ilə bağlı möcüzələrdən birini məşhur səyyah Xristofor Kolumb Sarqas dənizində olarkən müşahidə edib. Hamıya məlumdur ki, o, 1492-ci ildə Hindistana getmək məqsədi ilə özü də bilmədən Amerikaya səyahət edib. Bermud üçbucağının şərqində yerləşən Sarqas dənizinə çatanda, Kolumb səyahət jurnalına yazır ki, nəhəng top şəklində gur alov göydən dənizə düşür. Bir neçə gün sonra, səyyah üfüqdə hərəkət edən parlaq işıqlar da görür. Kolumbun qeydlərini şərh edən tədqiqatçılar dənizə düşən alovun meteorit olduğunu bildirirlər. Amma ikinci görüntü, yəni parlaq işıqlar isə bu günə qədər qaranlıq məqam kimi qalır.

Fərziyyələr

Bermud üçbucağı haqqındafikirlər, fərziyyələrinsanları iki qrupa bölüb. Birinci qrupdakılar fantaziyaya inananlar, ikincilər isə həqiqət axtaranlardan ibarətdir. ABŞ rəsmiləri ikinci qrupa daxildir. Onlar üçbucaqla bağlı fikirləri inkar edir və cəfəngiyat sayır. ABŞ-ın Coğrafi Adlar İdarəsi isə, ümumiyyətlə, Bermud üçbucağı məhfumunu qəbul etmir.

Bir çox əcnəbi alim xatırladır ki, Yer kürəsində kompasın qütbləri olduğu kimi göstərdiyi iki ərazi var. Bunlar Bermud üçbucağı və Yaponiyanın şərq sahilinə yaxın yerləşən "şeytan dənizi"dir (bu dəniz də Bermud üçbucağı kimi, gəmilərin və təyyarələrin yoxa çıxdığı ərazidir - S.H.). Məlumdur ki, kompas, əslində, Şimal qütbünü deyil, ondan 20 dərəcə şərqdə olan maqnit qütbünü göstərməlidir. Mütəxəssislərin fikrincə, bu baxımdan, bəzən Bermud üçbucağına daxil olan gəmi və təyyarələrin kompaslarının, aviaradiolarının işləməməsi mümkündür. Bu da qəzaya səbəb olur. Həmçinin, Bermud üçbucağında Qolfstrim cərəyanı çox sürətlidir. Olduqca böyük və güclü burulğan əmələ gətirir. Dəhşətli fırtına isə orada nəhəng dalğalar yaradır. Dünya okeanında ən dərin yarıqlar da bu üçbucaqdadır. Bütün bunlar orada baş verən hər bir qəzanın, fəlakətin izini bir anda yox edə bilər. Xatırladaq ki, Rüstəm Babayevin fikrincə, itənləri tapmaq ona görə mümkün deyil ki, Qolfstrim cərəyanı ərazinin suyunu daim lilləndirir. Dibdə lil çox qalın olur. Bu lil ən nəhəng gəmini belə gizlədə bilər. Bundan əlavə, dibdəki dərin yarıqlara gəmilər yerləşməsə də, qayıqlar, kiçik təyyarələr, insanlardüşə blər. Bütün bunlara baxmayaraq, "Bermud üçbucağı" dünya ictimaiyyəti üçün sirr olaraq qalır. Teylorun "...Burada okean sanki başqa planetin suları kimi görünür... Biz ağ sulara qərq oluruq", - sözləri, üçbucaqda itən gəmi və təyyarələrin okeanın sahillərində peyda olması, heyətlərinin müəmmalı şəkildə yoxa çıxması alimləri hələ də düşündürür...


Tarix: 25.11.2014 / 18:51 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı Melumatlar
loading...