Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ban - qadağan olunmuş filmlər

Cinsi zorakılıq, ölüm, kütləvi qətl səhnələri ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Dünyanın bir çox ölkələrində məhz bu səbəblərdən dolayı bəzi qorxu filmləri qadağan edilib. Amma buna baxmayaraq bu tərz filmlərin çoxlu sayda izləyicisi var.
Bir çox ölkədə qadağan edilmiş 10 ən məşhur qorxu filminin siyahısı:

qorxu filmi - Grotesque1."Qrotesk"

Qrotesk ("Grotesque") 2009-cu ildə Yaponiyada çəkilən qorxu filmidir. Film iki gənc cütlüyün küçədə oğurlanmasından və bir ruhi xəstə tərəfindən işgəncələrə məruz qalmasından bəhs edir. Çox kəskin zorakılıq səhnələrinə görə film Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə qadağan edilib.

2."Mikey"

1992-ci ildə təqdim edilən filmə bir çox ölkələrdə qadağa qoyulub və hələ də Britaniyada filmin nümayişinə qadağa var. Ekran əsərində olan işgəncə və ölüm səhnəsi, həmçinin iki uşağın balaca körpəni öldürməsi səhnəsi filmin qadağan olunmasına səbəb olub. Filmdə valideynlərini və dostlarını öldürən 9 yaşlı uşağın hətatından danışılır.

3."Qırxayaq insan 2″

Əgər siz "Qırxayaq insan 2″ ("The Human Centipede 2") haqqında filmə baxmısınızsa, onda onun qadağan olunmasını eşidəndə təəccüblənməzsiniz. Bu filmdə əsas sujet dəli bir hollandiyalı alimin 3 amerikalı turisti oğurlaması və onları bir-birinə tikməsi haqdadır. Film qəddar səhnələrinə görə çox böyük tənqid atəşinə tutulub.

4. "Skum"

"Skum" ("Scum") 1970-ci illərdə "British Borstal"dakı gənc cinayətkarların çətin və dəhşətli həyatından bəhs edir. Ekran əsəri ilk baxışda irqçiliyin, zorlamanın, intihar və zorakılıq səhnələrinə görə televiziyada qadağan edilib. Film 1979-cu ildə yenidən çəkilsə də, bu versiyasına da qadağa qoyulub.

5."Serbiya filmi"

İspaniya, Norveç və Braziliyada qadağan olunan "Serbiya filmi" ("A Serbian Film") bütün zamanların ən ziddiyyətli filmlərindən biridir. Filmin qadağan olunmasına səbəb kimi uşaq zorlanması, inçest, cinayət və başqaları aiddir.

6. "Anadangəlmə qatillər"

"Anadangəlmə qatillər" ("Natural Born Killers") 1994-cü ildə rejissor Oliver Stoun tərəfindən Kventin Tarantinonun yazdığı ssenari əsasında çəkilib. Film İrlandiyada qadağan olunub, ABŞ-da isə yayılmasına qadağa qoyulub. Film qətl hadisəsini tərənnüm etdiyinə görə çoxlu mübahisələrə səbəb olub.

7. "Şeytan öldü"

"Şeytan öldü" ("The Evil Dead") 1981-ci ildə çəkilən film 5 kollec tələbəsinin tətildə başına gələnlərdən danışır. Film tənqidçilər tərəfindən müsbət qarşılansa da, qorxu və zorakılıq səhnələrinə görə Finlandiya, Almaniya, İslandiya və İrlandiya da daxil olmaqla bir sıra ölkələrdə qadağan edilib.

8. "Hannibal soyqırımı"

"Hannibal soyqırımı" ("Cannibal Holocaust") indiyə kimi 50-dən çox ölkədə qadağan edilmiş İtaliya qorxu filmidir. Film təqdim ediləndən sonra rejissor Rocer Deodata həbs edilib, daha sonra isə azadlığa buraxılıb. Film Amazon meşələrində çəkilib və çəkilişdə yerli tayfaların nümayəndələri iştirak edib. Filmin çəkilişi zamanı 7 heyvan öldürülüb. "Cannibal Holocaust" indiyə kimi çəkilən ən ürəkbulandıran, qorxulu filmlərdən biridir.

9. "Texas kütləvi qırğını"

"Texas kütləvi qırğını" ("Texas Chainsaw Massacre") 1974-də ekranlaşdırılan kimi bir çox ölkələrdə birbaşa qadağan olunub. Film silsilə qətllər törədən qatil Ed Geynin cinayətləri əsasında çəkilib.

10. "Ovsunçu"

Ovsunçu ("The Exorcist") 1973-cü ildə yayımlanıb. Filmin populyar mədəniyyət üzərində böyük təsiri olub və indiyə kimi bir çoxları tərəfindən ən qorxulu film adlandırılır. Film bir çox şəhərlərdə və ölkələrdə çox qorxulu olduğuna görə, həmçinin dini səbəblərdən dolayı qadağan olunub. "Ovsunçu" şeytan tərəfindən ələ keçirilən gənc qızdan bəhs edir. Digər filmlərdən fərqli olaraq "Ovsunçu" zorakılıq səhnələri ilə yox, psixoloji triller olması və izləyənləri qorxutmaq üçün şüuraltı mesaj verdiyinə görə qadağan olunub.


Tarix: 25.11.2014 / 19:01 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqlı Melumatlar
loading...