Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

30 Yaşdan sonra necə ailə qurum?

Həyat sürətlə dəyişir. Əgər bir zamanlar 30 yaşında olan xanım “evdə qalmış” hesab edilirdisə bizim zəmanədə ailə qurmaq məsələsi ikinci plana keçibdir. Karyera və stabil maddi vəziyyətin təminatı ön plandadır.

Ailə qurmağa nə mane olur?

Yaxşı həyat yoldaşı tapmaq üçün ilk öncə özümüzdən başlamalıyıq. Bəzi psixoloji faktorlar qadına şəxsi xoşbəxtliyini qurmaqda maneə törədir.

Yüksək tələbat

İlk növbədə, 30 yaşdan sonra qadın şəxsiyyət kimi formalaşdığı üçün onun kişilərə qarşı xüsusi tələbləri yaranır. Bu yaşdan sonra qadın kişinin yalnız xarici görkəminə əhəmiyyət vermir.

Qadın gələcək həyat yoldaşının sosial statusuna, onun maddi vəziyyətinə, uşaqlara olan münasibətinə, dünya görüşünə önəm verir. Bu isə həyat yoldaşının seçimini daha da çətinləşdirir.

Buna görə də ailə qurmaq istəyirsinizsə tələblərinizi bir daha gözdən keçirməlisiniz. Seçəcəyiniz insanın pul kisəsinə deyil, sizə olan münasibətinə baxmalısınız.

Daxili vəziyyət

“Mən mütləq özümə həyat yoldaşı tapmalıyam” deyə özünüzə söz verməyin. Bu hisslə yaşayan qadının gözlərində sanki həmişə kimisə axtarırmış kimi ifadə olur. Bu isə kişiləri ondan uzaq durmasna gətirb çıxarır.

Dəyişməyə çalışın. Kişiləri ər axtaran deyil, yaxşı vaxt keçirmək istəyən qadınlar daha çox cəlb edir. Kişilər bir sözlə ovlanmağı deyil, ovlamağı sevirlər.

Ziddiyyət münaqişəsi

Növbəti göstəriş – daxili ziddiyyət. Bir yandan qadın ailə qurmaq istəyir digər tərəfdən isə onun artıq öyrəşdiyi meyarlar var ki, onları dəyişmək çətin gəlir. Çox vaxt qadınlar namizədlərini özləri uzaqlaşdırırlar. Çünki həyat tərzlərini dəyişmək və nələrisə qurban vermək onları qorxudur.

Özündən qeyri-əminlik

Bəzi qadınlar hesab edir ki, əgər 30 yaşa kimi alə qura bilməyiblərsə deməli onların çatışmazlıqalrı çoxdur. Onların evi, dostları, yaxşı maddi durumu olsa belə onlar özlərindən qeyri- əmin olurlar.

Burdan belə nəticə çıxır ki, qadın özünü sevmirsə onu heç bir kişi sevə bilməz. Öz nailiyyətlərinizlə fəxr etməyi bacarın. Kişiləri həmişə uğur qazanan qadınlar cəlb edir.


Tarix: 28.12.2012 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 621 Bölmə: Maraqlı Melumatlar
loading...