İnsanların xasiyətini müxtəlif üsullarla öyrənmək olar.Onlardan biridə insanların yedikləri yeməkləri müqayisə etmək və zövqünə görə necə insan olduğunu müqayisə etməkdir.
Eqoistlər:
Araşdırmalar göstərir ki, eqoistlər turş yeməkləri xoşlayırlar.
Romantiklər:
Özlərini qurban verməyə hazır olanlar, cəngavərlər və romantiklər şirniyyat yemədən yaşaya bilmir.
Xəsislər:
Duzlu yeməyə meillilik xəsislərdən xəbər verir. Bu insanlar əməksevərliyi və yardımcıl olmaları ilə də fərqlənirlər.
Səmimi insanlar:
İstiotlu yeməkləri xoşlayanlar isə sadəlöv və səmimi olurlar.
Temperamentli insanlar:
Qaynar temperamentli acı yeməkləri sevənlər daim macera axtarışındadırlar.Ən böyük çatışmazları eqoizmdir.Bəzi xəstəliklərdən qurtulmaq üçün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.
Yağlı yemək xoşlayanlar:
Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar.Həddindən artıq açıq olmaqları bir çox halda həmsöhbətlərinin xətrinə dəyir.
Ət yeməyi sevənlər:
Ət yeməyi xoşlayanlar həyatda uğur əldə etməyə çətinlik çəkmirlər.Onlar eyni zamanda ambisiyalı olur.Lakin tərəf müqavili kimi daimi olmurlar və başladıqları işi çox vaxt başa çatdırmırlar.Öz istəklərini həyata keçirtmək məqsədi ilə bəzən istənilən situatsiyadan sui-istifadə edə bilirlər.Ət yeməyi xoşlayanlar tənqidləri sakit qarşılaya bilmirlər.Onlar adətən mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.
Balıq sevənlər:
Balıq sevənlər öz sakitliyi və daimliyi ilə fərqlənir.Dözümlü olmaları onlara dostlıarı və həmkarları arasında hörmət qazandırır.Ailədə belə insanlara arxalanmaq olar.Lakin bir qədər səmimilikləri çatmır.Nadir halda başqaları haqda açıq fikir bildirir və bununlada ilk növbədə özlərinə ziyan vururlar.
Tarix: 22.11.2014 / 21:57 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Maraqlı Melumatlar