Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə qanunlar 5

Qazaxıstanda dövlət məmurlarına xarici dildə müraciət etmək qadağandır. Dövlət məmuruna "mister" və ya "qospadin" deyə müraciət edən şəxsi 10 dollar cərimə gözləyir.

Kanadada yağış yağan zaman həyətyanı ərazini sulamaq qadağandır. Həmçinin Kanadada bir evin xarici görünüşündə ikidən artıq rəngdən istifadə etmək də qanunla yasaqdır.

İsraildə ayı ilə birlikdə çimərliyə getmək qadağandır. Maraqlıdır, görəsən İsrail hökuməti niyə əhalini çimərlikdə ayılarla birlikdə istirahətdən məhrum edir?

Almaniyada yaşından asılı olmayaraq, hamı silaha malikdir. Çünki burada yastıq da passiv soyuq silah sayılır.

Dünyanın ən demokratik ölkələrindən sayılan ABŞ-da müəyyən qeyri-demokratik qaydalar hələ də qalmaqda davam edir. Misal üçün, Alabama ştatının qanunlarına görə boşanma zamanı qadının nikahdan əvvəl malik olduğu varidatı özündə saxlanılır. Kişilər isə bu hüquqdan məhrumdur.

Kambodjada su tapançası saxlamaq və ondan istifadə etmək olmaz. Çünki yerli əhali arasında bu tapançalara kanalizasiya və digər üfunət suları doldurub ətrafı sulamaq adət halını almışdı. 2002-ci ildə bu adət ümummilli xarakter alanda, hökumət ölkədə su tapançalarının yığışdırılıb qadağan edilməsini qərara aldı.

Misirin Əl Əzhər Universiteti bütün dünyanı heyrətə salıb. İslam dünyasının ən nüfuzlu məktəblərindən biri kimi tanınan bu universitet aldığı yeni bir qərarla müəllimələrin və qız tələbələrin niqab örtməsini yasaqlayıb. Universitetin rektoru Şeyx Məhəmməd Seyid Tantaviyə görə, üzü niqabla örtmək islamdan əvvəl gələn bir ənənədir və dinlə heç bir əlaqəsi yoxdur. İslamçı müxalifət isə bu qərara qarşı çıxıb. Etirazlara baxmayaraq, qərar öz təsdiqini tapıb.

Filippin hökuməti küçələrdə tıxacların yaranmaması üçün sadə bir çıxış yolu tapıb. Belə ki, orada dövlət nömrə nişanının sonu 1 və 2 rəqəmləri ilə bitən avtomobillərin həftənin birinci günləri, 3 və 4 ilə bitənlərin ikinci günləri, 5 və 6 ilə bitənlərin üçüncü günləri, 7 və 8 ilə bitənlərin dördüncü günləri, 9 və 0 rəqəmləri ilə bitənlərin isə həftənin beşinci günləri yollara çıxması qadağandır.


Tarix: 25.11.2014 / 18:53 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Maraqlı Melumatlar
loading...