Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hinduların Həyat Qanunları

19cu əsrin hindu tayfalarının başcılarından.

Həqiqəti söyləmək üçün ağız dolu sözlərdən istifadə etmək lazım deyil.
Həyat nədir? O gecə vaxtı atəşböcəyin işığıdır. O qış gələn zaman bizonun havadakı nəfəsidir. O ot üzərində uzanan kölgədir, o günbatanda yox olan kölgədir.
Dünyanı sev. Onu sən valideynlərdən miras almamısan sən sadəcə onu gələcək övladlarından borc kimi götürmüsən.
Axırıncı ağac kəsiləndə, axırıncı çay kirlənəndə və axırıncı quş öləndə bax ancaq o zaman anlayacaqsızki pulu yemak olmur.
Evlilik həyatının birinci günündə yeni ailə qumuş iki gənc bir-birinin gözlərinə baxıb, özlərindən soruşurlarki həyatlarının sonuna kimi xoşbəxt ola biləcəklərmi. Əgər yoxsa onlar ayrılırlar və xoşbəxtliyini axtarmağa başlayırlar. Əgər ayrılmayıb həyatlarının sonuna kimi narazılıqla yaşayarlarsa onda bizim ağ insanlardan fərqimiz olmazdı.
Yalandan özünü yuxulu göstərən insanı heç vaxt oyada bilməzsən.
Böyük Ruh qüsursuz deyil. Onun işıqlı və qaranlıq tərəfləri var. Və hərdən biz qaranlıq tərəfindən daha çox şey öyrənirik.
Mənə baxın. Mən kasıb və acam. Amma mən xalqımın başçısıyam. Bizə var-dövlət lazım deyil. Biz sadəcə öz övladlarımıza düzgünlüyü öyrətmək istəyirik. Bizim istəyimiz sülh və sevgidir.
Hətta sənin susqunluğun duanın bir hissəsi ola bilər.
Ağ insan paxıldır. O cibində burun dəsmalı gəzdirir. Və sonra ona fırxınır. Elə bil nəsə qiymətli bi şeyi itirməydən qorxur.
Biz kasıbıq, çünki düzgün insanlarıq.
Bilik hər bir şeydə gizlənib. Nə vaxtsa dünya böyük kitabxana idi.
Mənim oğlum heçvaxt kənd təsərrüfatı ilə məşğul olmayacaq. Çünki həmin işlə məşğul olanlar yuxu görmürlər. Müdrikliyi isə biz yuxulardan öyrənirik.
Biz kilsələrə getmirik çünki onlar bizə ancaq allah haqqında mübahisə etməyi öyrədirlər başqa heçnə.
O zamanki insan bir gün dua , altı gün günah edir onda Böyük ruh qəzəblənir, Pis ruh isə gülür.
Nə üçün siz sevgi ilə əldə edə bilmədiyiniz bir şeyi güclə, zor tətbiq etməklə götürürsüz.
Əvvəlki vaxtlar çox gözəl idi. Qocalar evlərinin bacası altında uşaqlarla günəş onları mürgülədənə kimi oynayırdılar. Qocalar uşaqlarla hərgün oynayıdılar. Və hansısa anda onlar yuxudan durmurdular.
Əfsanə qalmayan anda və arzunun yoxa çıxdığı bir zamanda dünyanın nəhəngliyi itir.
İnsan heyvanlarsız nədir? Əgər bütün heyvanlar məhv edilərsə, insan da yalnız ruh səbəbindən öləcək. Heyvanların başına nə gəlirsə, insanlarında başına gələcək.
Bir “götür” iki “mən verəcəm”`dən üstündür.
Mənim arxamca gəlmə ola bilsinki mən səni yarı yolda qoyum. Məndən irəlidə də getmə ola bilsinki sənin arxanca gəlməyim. Yanımca gəz, gəl bir bütöv olaq.
Həqiqət – insanların inandığıdır.
Hətta balaca siçan da qəzəblənməyə hüququ var.
Nə qədər gözəl sözlər deyilib və nə qədər sözlərin üstündə durulmadığını eşidəndə əzab çəkirəm. Bu dünyada ümumiyyətlə danışmağa haqqı olmayanlar danışırlar.
Qoy mənim düşmənim güclü və qorxulu olsun. Mən ona qalib gələndə heç olmasa utanmayım.
Kimki çoxlu hekayələr danışır həmin kəs dünyanı idarə edir.
Biliyə yox müdrikliyə can atın. Bilik – keçmiş, Müdriklik isə - gələcəydir.
Sən doğulanda ağlayırdın, dünya isə gülürdü. Elə etki öləndə sən güləsən dünya isə ağlasın.


Tarix: 25.11.2014 / 18:23 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Maraqlı Melumatlar
loading...