Bəzilərinin üzü tez-tez tərləyir. Bu vəziyyət insanın ictimai yerlərdə özgüvənini itirməsinə və utanmasına səbəb olur. Qadınlarda isə vəziyyət daha da qəlizdir. Çünki makiyaj axır və xoşagəlməz görüntü yaranır. Üzün tərləməsi, adətən hormonlarla bağlı olur. Bu, xəstəlik deyil. Hər orqanizm ətraf mühitə fərqli reaksiya verir. Bəziləri isti havada belə tərləmir, bəziləri isə soyuqda da tər içində olur. Ona görə də üzünüz tərləyirsə, narahat olmayın. Çünki bu problemdən azad olmaq çox asandır.
Publika.az türkiyəli kosmetoloq Suna Dumankayanın üz tərləməsinin qarşısını alan maska reseptini təqdim edir:
Hazırlanması və tətbiqi:
Yarım limonun şirəsini 2 xörək qaşığı fıstıq yağı, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 ədəd xiyar şirəsi və 1 çay qaşığı balla qarışdırın. Bu qarışığı pambığa bulayıb üzünüzə çəkin. Dərinin suyu əmməsini gözləyin. Daha sonra bir qat da çəkin. 1 saat gözləyin.
Üzünüzü ilıq su ilə təmizləyin. Maskanı iki gündən bir çəkmək olar.
Tarix: 09.09.2015 / 12:34 Müəllif: Akhundoff Baxılıb: 488 Bölmə: Maraqlı Məlumatlar