ABŞ və Almaniya elm adamlarının apardığı araşdırmalarda sümük iliyinin sonsuzluğa çarə olduğu müəyyən olunmuşdur. Tədqiqatçılar sümük iliyindən hüceyrələrdə yumurta və sperma istehsal etməyin mümkün olduğunu müəyyən etmişlər. Cornell Universitetinin doktorları bu araşdırmanın həm sonsuz ailələr həm də menopoz dövrünün keçirən qadınlar üçün faydalı olacağını vurğulamışlar.
Sümük iliyi qadınlarda yumurtalıq kişilərdə isə sperma ilə əlaqədar problemləri aradan qaldıracaq.
Almaniyada labaratoriya şəraitində siçanlar üzərində aparılan araşdırmalarda sümük iliyi verilən qısır siçanlarda doğum qabiliyyətinin bərpa olunması qeydə alınmışdır.
Hazırda bu təcrübənin insanlar üzərində nə qədər təsirli olacağı haqda tədqiqatlar aparılır.
Tarix: 13.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqlı Məlumatlar