Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitişik ekizlər ayrıldı

Banqladeşdə dünyaya gələn Trişina və Krişina adlı ekizlər baş nahiyəsindən bitişik olaraq dünyaya gəliblər. Avstraliyada əməliyyat olunan ekizlərin əməliyyatı uğurla başa çatsada həkimlər damarlar və beyin toxumalarını şərik işlədən körpələrin sağlamlığından tam əmin olmağın tez olduğunu bildirirlər. Həkimlər vəziyyətin yaxşı olacağından 50% əmindirlər.
Children First Vəqfi tərəfindən maliyələşdirilən əməliyyat 16cərrah və tibb bacısının iştirakı ilə 25 saat davam edib. Əməliyyatın rəhbəri Leo Donnon əməliyyatın uğurla keçdiyini və qızların başında yaranmış izləri plastik əməliyyat apararaq onların öz dəri və toxumaları ilə bərpa edəcəklərini bildirib.


Tarix: 13.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Məlumatlar
loading...