Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı və qara

Qırmızı və qara (fr. Le Rouge et le Noir) - Stendalın 1830-cu ildə yazdığı roman.

Əsərin tam adı belədir: Qırmızı və qara: XIX əsrin xronikası. Romanın əsas qəhrəmanı Julien Soreldir. Bu gənc həyatda nailiyyət əldə etmək istəyir. İki rəng qara-keşişlik və qırmızı-zabitlik onun həyatında mühüm əhəmiyyətə malikdir.

Məzmunu

Gənc Julien Sorel şöhrətpərəst və napoleon dövrü ilə bağlı kitablar oxuyur. Bir gün Mayor de Renal ona uşaqlarının müəllimi olmağı təklif edir. Bundan sonra Julienlə mayorun arvadı madam de Renal arasında yaxınlaşma baş verir. Mayor uzun müddət bunu başa düşmür. Lakin mayor buna qəti əmin olduqda Julien işdən çıxır.

Sonra o oxumaq qərarına gəlir. Lakin bu da gənc Julien üçün uğurlu olmur.

Müəlliminin köməyi ilə Julien katib olaraq işə girir. Matildayla olan məhəbbət macərasından sonra buranı da tərk etməli olur və madam de Renalın yanına qayıdır. Matilda onun dalınca gəlir.

Əsərin sonunda Julien edam olunur.

Surətlər
Julien Sorel- şöhrətpərəst və nailiyyət qazanmaq istəyən bir gənc. Zəmanəsi ilə arasındakı konflikt ona mane olur.
Mayor de Renal- yüksək vəzifəyə malik və düşmənləri olan şəxs. Julieni uşaqlarının mürəbbisi kimi işə götürmüşdü.
Madam de Renal- Mayorun arvadı. Julieni sevir.
Matilda- Julienin ikinci sevgilisi. Ondan hamilə olur.
Markiz de la Mol


Tarix: 16.03.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 335 Bölmə: Kitablar elm
loading...