Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sutenyorun qəlbi (kitab)

"Sutenyorun qəlbi" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.

Məzmun

Əsərin Moskvada yaşayan baş qəhrəmanı, özünün etiraf etdiyi kimi, doğulduğu Bakı şəhərində kişi üçün təhqir hesab olunan bir işlə - "insan ehtirasları vasitəsilə" - sutenyorluqla məşğul olmaqla külli miqdarda pul qazanır. Tabeliyində olan seçmə fahişələri, adətən yuxarı təbəqənin nümayəndələri sifariş edirlər. İkili həyat sürən saxtakarlarla ünsiyyətdə olan, onlarla iş birliyi quran, hər cür mənəvi normaları tapdalayan adamlarla üzləşməyə məcbur qalan Lütikov insan psixologiyasına çox gözəl bələddir. Müəyyən müddətdən sonra onun ətrafdakılara qarşı münasibəti artıq tamamilə fərqli məcraya düşmüşdür - qəhrəman harın riyakarlara dərin nifrət bəsləyir.

Növbəti sifarişi sutenyora bir neçə nəfərin qanı bahasına başa gəlir. Bu sonuncu sifariş onun qəlbinin dərinliklərində gizlənən və özünün də etiraf etmək istəmədiyi hissləri üzə çıxarır...


Tarix: 15.03.2013 / 12:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Kitablar elm
loading...