Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağlı hərbçilər (kitab)

Qarabağlı hərbçilər—Ənvər Çingizoğlunun və Qasım Hacıyevin Azərbaycanın bir bölgəsi olan Qarabağın 1822-ci ildən 1920-ci ilədək Çar ordusunda və AXC birləşmələrində xidmət edən zabitlər haqqında yazdığı kitab.

Kitabın elmi redaktoru tarix elmləri doktoru K.Şükürov, bədii redaktoru V.Quliyev, rəyçilər tarix elmləri doktorları C. Mustafayev, B.Məmmədli, Y.Hüseynov, N. Məmmədovdur.

Tarixi-ensiklopedik tədqiqat XVIII əsrin ortalarından XX əsrin 20-ci illərinədək olan dövrü əhatə edir və Qarabağ xanlığı, çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş qarabağlı hərbçilərdən bəhs edir. Nəşrdə hərbçilərin həyat və döyüş yolları geniş işıqlandırılıb.

Kitab iki fəsildən ibarətdir. Birinci fəsil Qarabağ xanlığı, Rusiya-İran müharibələri, Azərbaycanın Qarabağ bölgəsinin Rusiya imperiyası tərkibinə qatıldığı dövrdən, ikinci fəsil çar Rusiyası ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin qarabağlı zabitlərindən bəhs edir. Azərbaycan zəngin təbii sərvətlərinə görə zaman-zaman güclü dövlətlərin hərbi təcavüzünə məruz qalıb. Xalqımız ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər və qəhrəmanlıq göstərib. Qarabağ torpağı da hərb tariximizə görkəmli şəxsiyyətlər verib.

Şimalı Azərbaycanın çar Rusiyası tərkibində olduğu illərdə (1828-1917) müsəlman-azərbaycanlılar əksəriyyət etibarilə orduda xidmətdən məhrum ediliblər. Yalnız zadəgan-əsilzadə və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslərin övladları hərbi məktəblərdə oxuya bilib. Beləliklə, həmin dövrlərdə az sayda azərbaycanlı zabit heyəti yaranıb. Lakin onlar müxtəlif döyüş cəbhələrində qəhrəmanlıq və sərkərdəlik məharəti göstəriblər. XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycanda onlarla görkəmli hərbçi yetişib, çar Rusiyası ordusunda mühüm mövqelər tutublar. Sonradan onların böyük hissəsi Xalq Cümhuriyyəti ordusunun qurulmasında yaxından iştirak ediblər.

Kitabda göstərilən fakt və materiallar müəyyən qaynaqlardan - Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, Rusiya Federasiya Mərkəzi Dövlət Tarix Arxivi və Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi fondlarından əldə olunub.


Tarix: 14.03.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Kitablar elm
loading...