Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhihi Buxari

Səhihi Buxari (ərəb. صحيح البخاري‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Siddə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir.

Müəllifi Buxaridir. Əsərin əsil adı "Əl Camius Səhih" olsa da müəllifinə nisbətlə "Səhihi Buxari" olaraq anılır.Mündəricat
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Xarici keçidlər
4 Həmçinin bax


Haqqında

Müəllif

Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və hədis toplamışdır. İmam Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b. alimlər ondan hədis rəvayət etmişlər.

Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 9082 hədis yığmışdır [1]. Əsər 9-cu yüzillikdə alim Əbul Abbas Zeynəddin Əhməd ibn Abdullətif əş-Şərci əz-Zəbidi tərəfindən "Ət-Təcrîdü's-Sarîh li-Əhâdîsi'l-Câmii's-Səhîh" adı ilə yenidən tərtib olunmuş, və tərtib zamanı təkrar hədislər çıxarılmışdır. Hal-hazırkı bir çox "Səhihi Buxari" kitabları da məhz onun tərtibi olan versiyanın tərcümələridir.

Kitabları (Bölmələri)

Nəşrləri

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Məktəbə əs-Sələfiyyə", Qahirə, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdül-Baqi
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar əl-Fikr", Beyrut, 1401/1981
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar əs-Səlam", ər-Riyad, 1997, tərcümə: Dr.Muhəmməd Muhsin Xan
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr", ər-Riyad, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar Təvq ən-Nacə, Beyrut", 1422/2002; təhqiq: Muhəmməd Zuheyr ibn Nasir
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, "Dar İbn Kəsir", Dəməşq/Beyrut, 1423/2002
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar ər-Ruşd, ər-Riyad", 1427/2006; təhqiq: Əbdüs-Salam ibn Muhəmməd Ömər Alluş

Kitab müxtəsər şəkildə Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :
["Səhih əl-Buxari" (müxtəsər), tərc.: Ə.Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh.]

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :
Muhammed bin İsmail el Buhari, "Sahih-i Buhari" ve Tercemesi, çeviren : Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı, 16 cilt. (oxu)

Kitab özbək dilinə tərcümə olunub, dörd cilddə nəşr edilib:
"Хадис (ал-Жомиъ ас-Сахих)", Тошкент, Комуслар Бош Тахририяти, 1997.


Tarix: 13.03.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 462 Bölmə: Kitablar elm
loading...