Kitabxana — növündən asılı olmayaraq kitab çəkilndə çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yer.Mündəricat
1 Tarixi
2 Növləri
3 Əhəmiyyəti
4 Azərbaycanda kitabxana
5 Xarici keçidlər
6 Mənbə
7 Həmçinin bax
Tarixi
Orta əsrlər Avropa kitabxanaları
"Kitabxana" sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir.
İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxansındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lovhələr olub.
Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları idi[1].
Növləri
Kitabxanalar iki cür olurlar:
Kütləvi kitabxanalar - hər kəsin istifadə edə bildiyi;
Xüsusi kitabxanalar - elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuş[2].
Əhəmiyyəti
Təhsil prosesinin iştirakçısı kimi mütaliə pedaqogikasının və onun daşıyıcısı olan kitabxanaların kəsb etdiyi əhəmiyyət öz əksini mühüm dövlət sənədlərində də tapmışdır.
Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır. Çünki kitabxanalar:
Əhalinin mütaliəsini təşkil etmək üçün sistemli qaydada seçilmiş, oxucuları maraqlandıran problemləri öyrənmək əsasında yaradılmış kitab fondlarına malikdirlər.
Kitabxanalar mütaliənin təşkilatçısı kimi ölkə ərazisində planlı qaydada yerləşdirilmiş, əhaliyə daha çox yaxınlaşdırılmış, həmçinin müxtəlif oxucu qruplarını müntəzəm mütaliəyə cəlb etmək üçün böyük imkanlara malikdirlər.
Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərmək, oxuculara kitabxananın məlumat aparatından istifadə etmək vərdişi aşılamaq imkanına malik mütəxəssis işçilər üçün səmərəli fəaliyyət göstərir. Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini
şərtləndirən amillərdir.
Azərbaycanda kitabxana
Azərbaycanda da ənənəvi kitabxanalar mövcuddur.
Azərbaycanın ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur[3].
Hazırda Azərbaycanda 9000-ə yaxın kitabxana mövcuddur.
Tarix: 13.03.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Kitablar elm