Sefer qa-Bagir
"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır.
Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir.
Tarix: 14.03.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Kitablar elm
loading...