Qadınlara görə qüsursuz kişi...
1. Hər zaman hesabı ödəməlidir. Elə ilk görüşdən hesabı qadına ödətdirən kişinin beynində nəsə çatışmazlıq var. Ancaq qüsursuz kişi hesabı özü ödəyər.
2.İlk o zəng edər. "O zəng eləsin" deyə gözləyən kişi çox böyük səhv etmiş olur.
3. Görüş və yemək planlarını o təşkil edər. Qadınla "hara gedirik?”, "Nə yeyək?” kimi dialoq qurmaz. Qüsursuz kişi artıq qadından xəbərsiz hər şeyi planlaşdırır.
4. Seyrək saqqal saxlayar. Qadınlar kişilərin seyrək saqqal saxlamağını xoşlayır.
5. "Yaxşı, oldu"nu cavab olaraq qəbul etməz. Çünki qadının dediyi "oldu" sözü bir fəryada işarədir. Buna görə bir məsələni həll etmədən digər məsələyə keçməz.
6.Üşüyən qızın yanında pencəklə oturmaz. Üşümək kişilikdəndir. Qadınlara görə kişinin dişləri bir-birinə dəysə də, sümükləri soyuqdan qırılsa da, yenə də pencəklə oturmamalıdır.
7.Sosial şəbəkədə elə də çox aktiv olmaz.
8. "What'sApp”da "gecən xeyirə" yazdıqdan sonra online olmaz. Deyilənə görə "What'sApp” münasibətlər bitsin, qiyamətlər qopsun deyə hazırlanıb. Bundan yeganə çıxış yolu internetsiz, sadə telefonlara geri qayıtmaqdır.
9.Hədiyyə almaq üçün xüsusi günləri gözləməz. Ürəyinizdən gəlirsə alın. Xanımınız da gülsün.
10.Keçmiş sevgililərinə üz verməz. Siz onsuz da ona zəng etməyəcəksiniz, ancaq o yenə də necə olduğunuzu öyrənmək üçün zəng edər, mesaj yazar. Qüsursuz kişi bu zənglərə cavab verməz, mesajlara cavab yazmaz, ölmüş kimi davranar.
11. Qadını qadın edən xüsusiyyətləriylə qəbul edər. Qadın futbolu xoşlamaz, yaxşı maşın sürməz, "playstation” oynayamaz. Buna məcbur deyillər. Kişilər də onları belə qəbul etməlidir.
12.Qüsursuz kişi sevdiyi qadının qəhrəmanıdır. Onun hər problemini həll etdiyi kimi, ətrafındakı başqa problemləri də həll etmək gücündədir, yəni qadın belə düşünür.
13. Hansısa Hollivud ulduzunu deyil, sevdiyi qadını bəyənər. Qüsursuz kişi ancaq öz sevdiyini bəyənər və ondan başqasını görməz.
14.Sevən qadın qısqanar buna görə mübahisə salmaz. Əgər kişi özü qısqanmazsa, bu, artıq bir faciədir. Qadın sevilmədiyini düşünər və unutmayın ki, kədərli qadın dünyanı bir-birinə qatacaq bir gücdə olur.
15.Sadəcə sevdiyi qızın yanında daha şıq geyinər. Başqa günlərdə şıq geyinsə, sevdiyinin gözünə yuxu getməz, əsəbləşər, buna ehtiyac yoxdu.
Tarix: 25.11.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Kişiler haqqında