Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar belə kişilərdən uzaq gəzir

Bu dəfəki məqaləmizdə sizə qadınların təhlükəli hesab etdikləri, heç vaxt birlikdə olmaq istəməyəcəkləri kişi tipləri haqqında məlumat vermək istəyirik.

Qısqanc sevgili
Sevgilinizə qarşı diqqətcil olmağınız, onu qorumağa çalışmağınız təbii ki, yaxşı haldır, lakin bu aşırı dərəcədə olduqda qarşı tərəfi sıxa və münasibətinizə mənfi təsir edə bilər. Müasir qadınların əksəriyyəti isə heç də "Qısqanırsa, deməli sevir” prinsipinə inanmır. Onların fikrincə, qısqanclıq inamsızlıqdan irəli gəlir. Buna görə də daha yaxşı olar ki, qarşınızdakı insana hərtərəfli etibar etməyi öyrənə, onun geyimi, ətrafdakılarla münasibəti ilə bağlı hər incə detalı böyük mübahisəyə çevirməyəsiniz.

İşinə düşkün sevgili
Kişilərdən fərqli olaraq qadınlar getdikləri əksər yerlərdə sevdikləri insanı yanlarında görmək istəyirlər. Buna görə də onlar üçün işindən başqa heç nə düşünməyən, bütün boş zamanını işə sərf edən sevgili arzu olunmayan tərəf müqabilidir. Sizin üçün işiniz çox önəmli ola bilər, amma eyni zamanda sevgilinizə də vaxt ayırmalısınız. Bunun üçün onunla ortaq maraqlarınızı tapın və boş zamanlarınızda birlikdə bu işlərlə məşğul olmağa çalışın.

Bağlanmaqdan qorxan sevgili
"Səni çox sevirəm, amma ciddi bir münasibət istəmirəm”,”Səninlə çox gözəl vaxt keçirirəm, amma xahiş edirəm məndən bundan artığını gözləmə” və s. kimi cümlələr bağlanmaqdan, evlilikdən qorxan kişilərin ən sevdiyi nümunələrdir. Bu tip kişilər demək olar ki, heç bir qadının münasibət qurmaq istəmədiyi sevgili obrazıdır. Çünki biz kişilər hər nə qədər bugünlə yaşamağa üstünlük versək də, qadınlar daha çox gələcək haqqında plan qurmağı sevirlər. Heç bir qadın isə onunla bir gələcək düşünməyən kişi ilə münasibət qurmaq istəməz.

Eşqbaz sevgili
Qadınların təhlükəli hesab etdikləri kişilər içrisində birinci yeri "gözü çöldə olan” kişilər tutur. Əgər siz hətta xanımınızın yanında belə başqa qadınlara baxır və onun bunu hiss etmədiyini düşünürsünüzsə, yanılırsınız. Qadın sizinlə birlikdə olduğu zaman bütün hərəkətlərinizə, sözlərinizə diqqət yetirir. O bir neçə dəfə sizin bu hərəkətinizə göz yumaraq özünüzün düzəlməyinizi gözləyir. Bu məqsədinə nail olmadıqda isə sətiraltı sözləri ilə sizə nəyisə hiss etdirməyə çalışır. Bu zaman qarşınızdakı qadını itirmək istmirsinizsə, onun sözlərinə diqqətlə qulaq assanız yaxşı olar. Əks halda tez zamanda münasibətin bitmə təhlükəsi ilə qarşılaşacaqsınız.


Tarix: 22.11.2014 / 23:38 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Kişiler haqqında
loading...