Hər kişinin həyatında üç qadın olmalıdı.. Məhz onlar kişiyə əsl kişi olmaq üçün yardım edirlər.. Və məhz onların sayəsində kişi yaşayır.
İlk.. Ən birinci qadın.. Yalnız onunla biz Kişi oluruq, onunla həmişəlik qalırıq.. Fikirlərimizlə, hisslərimizlə və o görünməyən ama belə hiss edilən əlaqəynən ondan ayrıla bilmirik.. Biz onu ucalda da bilərik, gizlincə diz çökə də bilərik.. Ama o var.. O həmişə bizim həyatımlzda, ürəyimizdə, içimizdədi.. Ondan imtina etmək mümkün deyil.. Biz onu sevirik, hərdən acılıyırıq, hərdən ürəyini qırırıq, ama onun üçün çox şey edərik.. O necə olur olsun, ama o Birincidi..
İkinci.. Nə qədər ki, ona sevginizi etiraf etmiyəsiz, nə qədər ki, onunla dava eləmiyəsiz, nə qədər ki, ayrılmayasız o həmişə ikinci olaraq qalacaq.. O ikincidi, o sadəcə ikincidi, halbu ki biz onu inandırıq ki, o yeganədi.. Düzdü, yeganədi.. Bu an üçün.. Həyatının bu anı üçün o sizin üçün Hər şeydi.. Ama bir neçə andan sonra yenə İkincidi.. Axırıncı deyil, ama birinci də deyil.. Bəli, onu çox çox sevirik, onun üçün hər cür fədaqərlıqlara hazırıq, ama o heç vaxt birinci ola bilməyəcək.. Məhz ikinciynən Üçüncü qadının barəsində bilmək olar..
Üçüncü.. Birinci və İkinci qadına qarşı hiss elədiylərini ona qarşı hiss etmirsiz.. Onu heç kimlə müqayisə etmək olmaz.. Onunla qarşılaşmaya da bilərsiz.. Ama əgər o sizin həyatınızda varsa, onun üçün siz çox şey edə bilərsiz.. Biz belə qəribəyik.. Həyatımızda üçüncü qadını biz hər kəsə və hər şeyə qısqana bilərik, şikayət edə bilərik ki, o çox gec gəlir və çox tez gedir yanımızdan.. Biz Onu sevirik, biz onun qayğısına qalırıq, ona görə qorxuruq, biz Onu buraxırıq..
Tarix: 22.05.2013 / 22:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 417 Bölmə: Kişiler haqqında