Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin Sevmədiyi Davranışlar

Sevgililərinin bəzi davranışları kişilərin xoşuna gəlmir. Kişilər tərəfindən bəyənilməyən davranışlar haqqında bir neçə fikir...

Mübahisə və davaya hazır olmaq

İynələyici sözlər, bəzi deyilməsi lazım olmayan həssas sözlər və gözlənilməz ərköyün hərəkətlər kişilərə təxmin edəcəyinizdən daha çox təsir edir əslində. Bu kimi özünü daim xarici dünyaya sübut etmə yarışında olan və ətrafındakıları asan-asan bəyənməyən qadınlar, sevgilinizin də hirsli və hətta bəzən təcavüzkar davranışlar nümayiş etdirməsinə səbəb ola bilərsiniz.

Analıq

Kişilər, özlərinə ana şəfqətiylə yaxınlaşılmasından xoşlanırlar, bəli doğrudur. Lakin bir ‘uşaq' kimi davranılmasından nifrət edərlər! Yanınızdakı kişini əsla amma əsla analıq instinktinizlə sanki ‘formaya salmağa' , formalaşdırmağa cəhd etməyin. Unutmayın, hər nə qədər qarşınızdakı kişi hələ uşaq kimi davranışlara sahib də olsa ‘bir kişi' kimi davranılmaq istəyəcək.

Hər şeylə maraqlanmaq

Bəzi qadınlar həqiqətən FTB-də ya da Milli Kəşfiyyat Təşkilatında işləməyi bacarır. Hər şeyi sorğulayan, kişisinin pencək ciblərindən cib telefonundakı qısa mesajlara, bütün detalları izləyən və hətta ən kiçik detalları belə qeyd edən qadınlar inanın yox deyil. Kişilər də qadınlar kimi ‘güvənilmək' istəyər və bu tərz davranışlardan artıq həqiqətən bezmə nöqtəsinə gəlib dəliyə dönə bilərlər. Maraqlanmayın və daxili motivlərinizə güvənin. Əgər bir kişi sizi aldadırsa ( əlaqə, pul, iş, vs. mənalarında) zibili gec ya da tez ortaya çıxacaq. Üstünə gərəyindən çox getməməyə diqqət edin.

Sahiblənmək

Heç kim, xüsusilə kişilər sahiblənilmək istəməz. Bir kişiyə sanki öz oyuncağınız, mülkiyyətiniz və hətta bədəninizin bir parçasıymış kimi davranmağınız bir az təhlükəlidir. Yanındakı kişi danışarkən araya girib sözlərini düzəldən qadınlar da var.

Yapışqanlıq və möhtaclıq

Qadınlar kişilərini yanlarında görmək, varlıqlarını davamlı hiss etmək istəyər ki bu vəziyyət çox da qeyri-sağlam bir vəziyyət deyil. Tək xoşbəxtliklərinin, hüznlərinin, qısqanclıqlarının və həyəcanlarının qaynağını yalnız yanındakı kişi olaraq görmələri qeyri-sağlamdır. Yanında kişisi olmadığı zaman həyatı darıxdırıcı və mənasız olaraq xarakterizə edən qadınlardansınızsa bir az diqqətli olmanızda fayda var. Hər yerə yanınızdakı kişilə getmək və müsbət ya da mənfi hər şeyi yanınızdakı kişilə yaşamaq məcburiyyətində deyilsiniz! Yoxsa, yanınızdakı kişi artıq yoxladığınızda yerində olmaya bilər. Sizdən ayrı etmək istəyəcəkləri o qədər çox şey olduğunu düşünün...

Asılı olma vəziyyəti

Həyatınızdakı ən kiçik qərarları da ona soruşmanızdan xoşlanmaya bilər. Saç stilinizə əhəmiyyət verə bilərlər amma telefonda saçınızla əlaqədar özündən təsdiq almanız üçün zaman xərcləmək istəməyə bilərlər. Kişilər fikirlərinin soruşulmasını sevərlər lakin davamlı bir təsdiq vermə duyğusu ilə yaşamaqdan qaçınarlar. Özünüzü yanınızdakı kişidən tam mənasıyla asılı hiss etmək məcburiyyətində deyilsiniz, unutmayın.

Fərdi sahəyə müdaxilə

Paralel xəttdən nə danışdığını dinləməniz, gizlicə Facebook hesabına nəzarət etməniz ya da içəriyə girdiyində telefonunu qurdalaıyarkən görməsi onu ciddi mənada narahat edəcək. Kişilər azadlıqlarını itirir olduqlarını hiss etsə sizə pis davrana bilər, ürəyinizi asanlıqla qıra bilərlər.

Yüksək səslə danışmaq

Çox əhəmiyyətsiz bir detal kimi görünsə də duyğularını şişirdilmiş bir şəkildə dilə gətirən, yüksək səslə danışan qadınlar bir dezavantaj sahibi ola bilər. Kişilər istər emo olsun istər bir alicənab oqlan, qarşısındakı qadını daim ‘bir xanım kimi' görmək istəyər. Sevgilinizin yanında qız dostlarınızın yanında olduqu kimi və şişirdilmiş reaksiyalar verməkdən ehtiyyat edin.

Qısqancsınızmı və bunu nə ilə əlaqələndirirsiz?


Tarix: 24.05.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1307 Bölmə: Kişiler haqqında
loading...