Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər qadınların bu hərəkətlərinə dözə bilmir

1. Kişilər səliqəsiz və zövqsüz qadınları sevmir. Ətir kişilərin ən zəif nöqtələrindəndir – kişilər pis qoxunun gəldiyi qadınlardan uzaq qaçır.
2. Kişilərdə əsəbi, qışqıraraq danışan qadınlara qarşı antipatiya olur.
3. "Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin arası olmur. Onlar yumşaq, zərif, incə qadınları sevirlər.
4. Kişilər ifrat dərəcədə makiyajdan, aksessuarlardan istifadə edən xanımları bəyənmirlər.
5. Güləş, boks, futbol kimi idman növləri ilə məşğul olan qadınlar da bəyənilməyənlər sırasındadır.
6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. Kişilər daha çox dayanıqlı, dözümlü, sağlam qadınla bir yerdə olmağa üstünlük verirlər.
7. Sərxoş, normadan artıq içki qəbul edən, həmçinin şorgöz qadınlar kişilərin bəyənmədiyi xanımlar sırasındadır.
8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət göstərməsinə tab gətirə bilmirlər.
9. Kişilərin alış-verişi sevən, vaxtının böyük hissəsini buna "xərcləyən”, həmçinin kişilərin də onlarla birgə alış-verişə getməsini istəyən qadınlarla arası olmur. Onlar alış-verişi əlavə xərc kimi dəyərləndirir.
10. Kişilərdə onları ataları, qardaşları, xüsusilə də keçmiş sevgililərilə müqayisə edən qadınlara qarşı antipatiya olur.
11. İfrat dərəcədə qısqanclıq kişilərin əsəblərinə toxunur. Amma onlar "soyuq” qadınlardan da tez soyuyur.
12. Kişilərdən pulunun miqdarını soruşan qadınlara münasibət mənfi olur.
13. Kiçik bir hadisəni, məsələni şişirdən qadınlar təbii ki, bəyənilmir.
14. Ən kiçik hadisədən ağlayan qadınların gözyaşları kişilər tərəfindən "təhlükə” kimi qəbul olunur.
15. Qadınlarda uzun və baxımsız dırnaqları adətən sevmirlər.
16. Durmadan danışan, susmaq bilməyən qadınlara kişilər nifrət edir.
17. Kişilər onların şəxsi əşyalarına toxunan qadınları sevmirlər.
18. Başqa qadınların gözəlliyini, pulunu, zərifliyini qısqanan qadınlar kişilər tərəfindən bəyənilmir.
19. Kişilər yol verdikləri xətaları, qüsurları tez-tez dilə gətirən qadınlardan daha tez bezir.


Tarix: 22.11.2014 / 23:35 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Kişiler haqqında
loading...